Xəbərlər

2018-11-06 06:56:18

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Portuqaliyada keçirilən Avropa Kubokunun final yarışında 5-ci yeri tutub.

İdmançımız 750 metrlik su mərhələsini 9 dəqiqə 13 saniyəyə başa vurub. O, 20 kilometr məsafəyə veloyürüşü 28 dəqiqə 25 saniyəyə qət edib. Nəhayət, yarışların sonuncu mərhələsi - 5 kilometrlik qaçış zolağını Rostislav 14 dəqiqə 42 saniyə nəticə ilə başa vurub.

Ümumi hesablamada R.Pevtsov 56 dəqiqə vaxt göstəricisilə 5-ci yerə layiq görülüb.

Turnirdə 51 idmancı mübarizə aparıb. Yarışın qalibi belçikalı Marten Van Riel olub.

 

Qadınların mübarizəsində isə komandamızın üzvü Kseniya Levkovskaya 58 dəqiqə 56 saniyəlik nəticə ilə 14-cü olub.

2018-11-06 06:55:54

Oktyabrın 28-də Antalya şəhərində keçirilən “Ironman 70.3” yarışında azərbaycanlı idmançılar uğurla çıxış ediblər.

Ölkəmizi “BakuTriClub”un üzvləri - Aleksandr Parxomovskiy, Əli Bunyadov, Aydın Kərimov, Altun Novruzov, Səbuhi Səfərov, Boris Nəcəfov və Ülvi Aslanzadə təmsil ediblər.

Qərqin mübarizədə idmançılarımız 1,9 kilometr su mərhələsini, 90 kilometr veloyürüşü və, nəhayət, 21.1 kilometrlik qaçış zolağını qət ediblər.

Yarışın sonunda iştirakçılar fəxri medal və diplomla təltif olunublar.

“Ironman 70.3” yarışında 1264 idmançı mübarizə aparıblar.

 

Xatırladaq ki, “BakuTriClub” Azərbaycan Triatlon Federasiyasının təşəbbüsü ilə yaradılıb.

2018-10-26 13:04:26

Azərbaycanlı “Dəmir insanlar” oktyabrın 28-də Antalyada kecirilən “Ironman 70.3” turnirində iştirak edəcəklər.

Yarışda səkkiz “BakuTriClub”un üzvləri qüvvələri sınayacaqlar. Onların sırasında Aleksandr Parkhomovskiy, Əli Bunyadov, Qafar Dəmirçi, Aydın Kərimov, Altun Novruzov, Səbuhi Səfərov, Boris Nəcəfov və Ülvi Aslanzadə.

 

Xatırladaq ki, “BakuTriClub”un üzvləri bu ildə Astanada keçirilən “Ironman 70.3” turnirində və Frankfurtda təşkil olunan “Ironman” üzrə Avropa çempionatında mübarizə aparıblar. Firdovsi Kərimov Astanada uğurla çıxış edib, Aleksandr Parxomovskiy isə Almaniyada fərqlənib.

2018-10-23 14:30:15

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Ekvadorda keçirilən Dünya Kuboku yarışında dördüncü yeri tutub.

İdmançımız 67 triatlonçunun mübarizə apardığı yarışı 52 dəqiqə 24 saniyəlik nəticə ilə başa vurub. Pevtsov 750 metrlik su məsafəsini 9 dəqiqə 10 saniyəyə başa vurub. Ardınca isə 20 kilometrlik velodistansiyanı 27 dəqiqə 07 saniyəyə qət edib. Nəhayət, yarışların sonuncu mərhələsi - 5 kilometrlik qaçış zolağını Rostislav 14 dəqiqə 34 saniyə nəticə ilə başa vurub.

Dünya kuboku yarışının qalibi ispaniyalı David Kastro olub.

Qeyd edək ki, idmançılarımız “Tokio-2020” Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün iki il ərzində təsnifat turnirlərində iştirak edəcəklər. Bu müddət ərzində onlar Dünya və Avropa çempionatları, Dünya kuboku yarışları da daxil olmaqla çıxış etdikləri bütün turnirlərdə Olimpiadaya lisenziya xalları toplayırlar.

 

 

2018-09-21 08:15:32

Azərbaycan triatlonçusu Darina Moskalenko Çexiyanın Karlovı Varı şəhərində keçirilən Dünya kuboku yarışında 16-ci yeri tutub. İdmançımız həm də aktivinə reytinq balları yazdırıb.

İdmançımız yarışın 1500 metrlik su mərhələsini 19 dəqiqə 30 saniyəyə başa vurub. O, 40 kilometr məsafəyə veloyürüşü 1 saat 17 dəqiqə saat 47 saniyəyə qət edib. Yarışın sonuncu mərhələsi - 10 kilometr məsafəyə qaçış yarışlarında isə D.Moskalenko 33 dəqiqə 45 saniyəlik nəticə göstərib.

Ümumi hesablamada Darina 2 saat 12 dəqiqə 10 saniyə vaxt göstəricisi ilə 16-ci yerə layiq görülüb.

 

Turnirdə 46 idmançı mübarizə aparıb. Yarışın qalibi çexiyalı Vendula Frintova olub.

2018-07-14 08:59:45

Azərbaycan Triatlon Federasiyasının (ATF) qərargahında qurumun İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda yığmanın hazırki vəziyyəti, gənclərdən ibarət komandanın təqvimi, “Ironman” üzrə yarışların nəticələri müzakirə edilib.

Federasiyanın prezidenti Azər Məhərrəmov bildirib ki, komandamız artıg Olimpiya marafonuna qatılıb. İdmançılarımız “Tokio-2020” Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün təsnifat turnirlərdə iştirak edirlər. Yay Olimpiya Oyunlarından əvvəlki 2 il ərzində triatlonçular Dünya və Avropa çempionatları, Dünya Kuboku yarışları da daxil olmaqla çıxış etdikləri bütün turnirlərdə Olimpiadaya lisenziya xalları toplayırlar.

Hal-hazırda komandamızın lideri Rostislav Pevtsov beynəlxalq reytinq cədvəlində 12-cı yerdə qərarlaşıb və Olimpiya oynularına lisenziya qazanmaq uğrunda mübarizə aparır. Kseniya Levkovskaya isə hələ ki 83-cü pillədədir.

Azərbaycanın gənclər yığması isə Fransada təlim-məşq toplanışını keçirir. Orada triatlonçuların hərtərəfli hazırlaşması üçün gözəl imkanlar var. Təqvimə əsasən, komandamız Ukraynada sınaq turnirində iştirak edəcək.

Cari ildə əsas komandamıza yeni idmançı qatılacaq. Aleksandr Şelest. Perspektivli triatloncu qələcəkde beynəlxalq yarışlarda cıxış edecək.

Sonra isə “Ironman” üzrə yarışların nəticələri diggət mərkəzində olub. “BakuTriClub”un üzvləri Astanada keçirilən “Ironman 70.3” turnirində iştirak ediblər, sonra isə Frankfurtda təşkil olunan “Ironman” üzrə Avropa çempionatında mübarizə apariblar. Firdovsi Kərimov Astanada uğurla çıxış edib, Aleksandr Parxomovski ise Almaniyada fərqlənib.

 

Xatırladaq ki, “BakuTriClub” Azərbaycan Triatlon Federasiyasının təşəbbüsü ilə yaradılıb.

2018-05-14 11:09:41

Azərbaycan triatlon yığması “Tokio-2020”yə vəsiqə qazanmaq üçün Olimpiya marafonuna qatılıb. Komandamız Yaponiyanın Yokohama şəhərində keçirilən Dünya seriyasının üçüncü mərhələsində iştirak edib. Yarışda Rostislav Pevtsov 6-ci nəticə qöstərib

Pevtsov 1500 metrlik su məsafəsini 17 dəqiqə 47 saniyəyə başa vurub. Ardınca isə 40 kilometrlik velodistansiyanı 55 dəqiqə 58 saniyəyə qət edib. Nəhayət, yarışların sonuncu mərhələsi - 10 kilometrlik qaçış zolağını idmançımız 30 dəqiqə 57 saniyəlik nəticə ilə başa vurub. Ümumi hesabda R.Pevtsov 1 saat 46 dəqiqə 13 saniyə vaxt göstəricisi ilə 6-ci yerdə qərarlaşib.

 Turnirdə 55 idmançı mübarizə aparıb. Yarışın qalibi ispaniyalı Mario Mola olub.

 Geyd edek ki, idmançılarımız “Tokio-2020” Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün iki il ərzində təsnifat turnirlərdə iştirak edəcəklər. Bu müddət ərzində onlar Dünya və Avropa çempionatları, Dünya kuboku yarışları da daxil olmaqla çıxış etdikləri bütün turnirlərdə Olimpiadaya lisenziya xalları toplayırlar.

 Tokioda isə ən güclü 55 triatlonçuları (kişi və qadin) çıxış edəcəklər

2018-05-06 08:08:18

Azərbaycanın triathlon üzrə yığmasının üzvü Rostislav Pevstov Çenqduda (Çin) keçirilən Dünya Kubokunda qızıl qazandı.

Yarış iki mərhələdən ibarət idi. Əvvəlcə idmançılar yarımfinalda mübarizə aparıblar. Rostislav öz yarımfinalda 5-ci olub və finala yükseldi.

Finalda 500 metrlik su məsafini idmançımız 6 dəqiqə 29 saniyəyə başa vurub. Sonra 10 kilometr məsafəyə veloyürüşü 13 dəqiqə 43 saniyəyə qət edib. Yarışın sonuncu mərhələsi – 2,5 kilometr məsafəyə qaçış üzrə isə R.Pevtsov 7 dəqiqə 03 saniyəlik nəticə göstərib. Ümumi hesablamada R.Pevtsov 28 dəqiqə 18 saniyəyə vaxt göstəricisilə birinci yerə layiq görülüb.

 

Hatırladag ki, carı mövsümdə Pevtsov Las-Palmasda keçirilən Avropa Kubokununda ikinci olub və Misirin Şarm El Şeyh şəhərində təşkil olunan Açıq Afrika Kuboku yarışlarında gümüş medal qazanıb.

2018-04-09 16:31:11

Azərbaycan Triatlon Federasiyasının (ATF) qərargahında təşkilatın İcraiyyə Komitəsinin cari ildə ikinci iclası olub. İclasda yığma komandanın ilk qazandığı nəticələr, gənclərdən ibarət komandanın işində irəliləyiş, respublikada triatlonun inkişafı, habelə bu mövsüm üçün planlar müzakirə edilib.

Federasiyanın prezidenti Azər Məhərrəmov cari ilin komandamız üçün uğurlu başladığını deyib. Bildirib ki, cari ildə idmançılarımızın aktivində üç gümüş medal var. Yığma komandanın lideri Rostislav Pevtsov Las-Palmasda keçirilən Avropa kubokunda, həm də Misirin Şarm Əl-Şeyx şəhərində təşkil olunan açıq Afrika kuboku yarışlarında fərqlənib. Kseniya Levkovskaya Misirdə gümüş medal əldə edib.

Qeyd edilib ki, bu ildən başlayaraq triatlon komandamız Olimpiya marafonuna qatılacaq. İdmançılarımız “Tokio-2020” Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün təsnifat turnirlərdə iştirak edəcəklər. Yay Olimpiya Oyunlarından əvvəlki 2 il ərzində triatlonçular dünya və Avropa çempionatları, dünya kuboku yarışları da daxil olmaqla çıxış etdikləri bütün turnirlərdə Olimpiadaya lisenziya xalları toplayırlar.

A.Məhərrəmov deyib: “Azərbaycanın triatlon idmanı ilk dəfə Rio Olimpiadasında təmsil olunub. Bu nailiyyətə görə biz hamımız fəxr edirik. Bu, gələcəkdə daha yaxşı nəticələrə ümid etməyə əsas verir. Rostislav Pevtsov Rioya lisenziya alıb və orada debüt edib. Təbii ki, yeni dövrədə başqa idmançılarla yanaşı, ona da böyük ümid bağlayırıq. Kseniya Levkovskaya və Darina Moskalenko da Olimpiya vəsiqələr uğrunda mübarizə aparacaqlar”.

Azərbaycanın gənclər yığması isə İspaniyada ilk təlim-məşq toplanışını keçirir. Orada triatlonçuların hərtərəfli hazırlaşması üçün gözəl imkanlar var. Təqvimə əsasən, komandamız Ukraynanın Jitomir şəhərində açıq çempionatda və başqa turnirlərdə iştirak edəcək.

ATF-nin prezidenti vurğulayıb ki, komandanı çox maraqlı və gərgin mövsüm gözləyir. Gənc idmançılar nəsli yetişir. Qarşıya qoyduğu plan və vəzifələri həyata keçirən Federasiya bu mövsüm olduqca məzmunlu fəaliyyət göstərməyi və məsuliyyətli olmağı vəd edir. Cari ildə idmançıları bir sıra böyük sınaqlar, o cümlədən Olimpiya təsnifat yarışları gözləyir. Bu turnirlər Azərbaycan triatlonçuları üçün yeni çağırış olacaq.

 

 

2018-04-02 11:50:45

Azərbaycanın Triatlon üzrə komandası Misirin Şarm El Şeyh şəhərində Açıq Afrika Kubokunda uğurla çıxış edib. Idmançılarımız Rostislav Pevtsov və Kseniya Levkovskaya gümüş medaları qazanıblar.

R.Pevtsov37 idmançınınmübarizə apardığı yarışında 59 dəqiqə 53 saniyə nəticə göstərib. Yarışın qalibi macarıstanlı BensBicakolub.

Qadınlarınmübarizəsində isə yığmanın üzvü Kseniya Levkovskaya 1 saat10 dəqiqə 46 saniyəliknəticə ilə 2-cı olub.

Azərbaycankomandası yarışdabaş məşqçiSergeyYatsenkonunrəhbərliyiilə təmsilolunub.

 

Qeydedəkki, RostislavPevtsov ötənay İspaniyanınLas-Palmas şəhərindəkiAvropaKubokunyarışındagümüş medalı eldeedib.

2018-03-24 14:03:07

Azərbaycan triatlonu cari il ərzində beynəlxalq arenada ilk uğuruna nail olub. Bu uğuru ölkəmizə qazandıran Rostislav Pevtsov İspaniyanın Las-Palmas şəhərində keçirilən Avropa kuboku yarışında ikinci yeri tutub. İdmançımız bu qələbə ilə həm də aktivinə reytinq balları yazdırıb.
R.Pevtsov yarışın 750 metrlik su mərhələsini 9 dəqiqə 56 saniyəyə başa vurub. O, 20 kilometr məsafəyə veloyürüşü 30 dəqiqə saat 2 saniyəyə qət edib. Yarışın sonuncu mərhələsi - 5 kilometr məsafəyə qaçış üzrə isə R.Pevtsov 14 dəqiqə 32 saniyəlik nəticə göstərib. Ümumi hesablamada R.Pevtsov 56 dəqiqə 12 saniyəyə vaxt göstəricisilə ikinci yerə layiq görülüb. 
Turnirdə 73 idmancı mübarizə aparıb. Yarışın qalibi britaniyali Barklay İzzard olub.
Qadınların mübarizəsində isə komandamızın üzvü Kseniya Levkovskaya 1 saat 5 dəqiqə 54 saniyəliknəticə ilə 12-ci olub.

2018-03-04 09:29:55

Azərbaycan triatlon yığması yarış mövsümü başlayıb. Komandamızin lideri Rostislav Pevtsov Abu-Dabi şəhərində keçirilən Dünya seriyasının birinçı mərhələsində iştirak edib.

750 metrlik su məsafsini idmançı 00:09:25 vaxt çərçivəsində başa vurub. Ardınca isə 20 kilometrlik velodistansiyanı 00:32:53 nəticəsilə qət edib. Nəhayət, yarışların son mərhələsi – 5 kilometrlik qaçış zolağını R.Pevtsov 00:14:55 nəticəsilə başa vurub.

Ümumi hesablamada R.Pevtsov 00:58:25 vaxt göstəricisilə 16-ci yeri layiq görülüb.

Turnirdə 55 idmancı mübarizə aparıb. Yarışın qalibi Cənubi Afrikalı atlet Henri Şoman olub

Qeyd edek ki, Dünya seriyasında yalnız yüksək reytinqə malik olan idmançılar çıxış edə bilər. Belə prestijli turnirlər triatlon təqvimində ən mötəbər yarışmalardan biri hesab edilir.

2018-02-27 13:50:46

Azərbaycan Triatlon Federasiyasının (ATF) qərargahında İcraiyyə Komitəsinin ilin ilk iclası olub. Qurumun başçısı Azər Məhərrəmovun rəhbərliyi ilə keçirilən qörüşdə birinci yığmanın qarşıdan gələn yarışlara hazırlığı, gənclər komandasının perspektivləri və ən yaxın dövr üçün planlar müzakirə edilib.

Dünya triatlonunda yarış mövsümü tezliklə açılacaq. Artıq mart ayında ilk reytinq startları olacaq. Əsas komanda Kiprdə qarşıdan gələn yarışlara hazırlaşıb. Martın 2-də Rostislav Pevtsov Abu-Dabi şəhərində Dünya Seriyasının birinci mərhələdə çıxış edəcək. Bundan sonra isə Pevtsov ve Kseniya Levkovskaya bir sıra yarışlarda iştirakı planlaşdırılıb.

Azərbaycanın gənclər yığması, bu il İspaniyada ilk təlim-məşq toplantısı keçirilir. Valensiya şəhərindən 70 kilometr aralıda yerləşən bu məkan təsadüfi seçilməyib. Orada triatlonçuların hərtərəfli hazırlaşması üçün gözəl imkanlar var. Təqvimə əsasən, komandamız Ukraynanın Jitomir şəhərində Açıq çempionatda və başqa turnirlərdə iştirak edəçəklər.

Azər Məhərrəmov planlar barədə danışıb: “Bizi çox maraqlı mövsümü gözləyir. Rostislav Pevtsov həqiqətən də planetin ən yaxşı 20 atletindən biri sayılır. beynəlxalq reytinq cədvəlində idmançımız 16-cı yeri tutur. Gənc idmançılar nəsli yetişir. Qarşısına qoyduğu plan və vəzifələri həyata keçirən federasiya bu mövsüm olduqca məzmunlu fəaliyyət göstərməyi və məsuliyyətli olmağı vəd edir. Cari ildə idmançıları bir sıra böyük sınaqlar, o cümlədən Olimpiya təsnifat yarışlar gözləyir. Bu turnirlər Azərbaycan triatlonçuları üçün yeni çağırış olacaq”.

Qeyd edək ki, İcraiyyə Komitəsinin iclası Azərbaycan Triatlon Federasiyasının yeni qərargahında keçirilib (Bül-bül prospektı, 52 A)

2017-12-28 09:43:59

Azərbaycan Triatlon Federasiyası (ATF) İcraiyyə Komitəsinin 2017-ci il uçun son iclası keçirilib. İclasda yığma komandanın cari mövsümdə qazandığı nəticələr, gənclərdən ibarət komandanın işində irəliləyiş, respublikada triatlonun inkişafı, habelə gələn il üçün planlar müzakirə edilib.

Qurumun prezidenti Azər Məhərrəmov bu ilin idman nəticələri və qurumun fəaliyyəti baxımından uğurlu olduğunu vurğulayıb. Komandamızin lideri olan Rostislav Pevtsovun bir neçə parlaq nəticələri əldə edib. Cari il R.Pevtsov Avropa Kubokunda, həmcinin Afrika və Asia Açıq çempionatlarında qələbə qazanıb, Çin və Koreyada keçirilən Dünya Kuboklarında gümüş medala layiq görülüb. Carı mövsümdə keçirilən Avropa Kuboklarının ümumi hesabında idmançımız 2-ci olub.

Kseniya Levkovskaya isə Açıq Afrika Kubokunda qızıl medalı əldə edib. Darina Moskalenko isə bu il elitada öz qücünü sınayıb.

ATF-in vitse-prezidenti Rüstəm İbrahimov yeni olimpiya dövrü barədə danişıb. Qələn ildən İdmançılar “Tokyo-2020” Olimpiadasında iştirak etmək üçün artıq xallar yığmağa başlayacaglar.
Qələn dövrəsində triatlonçularımız iki olimpiya lisenziyası uğrunda mübarizə apara bilərlər.

 

ATF-in baş katibi Cavad Axundzadə Azərbaycanda triatlon idmanının inkişafından söhbət açaraq deyib: "Bizim bir neçə perspektivli idmançımız var. Onlara ümidimiz çoxdur. Bundan əlavə seleksiya işi aparılır. Əlbəttə, triatlon idmanın spesifik növüdür. Burada qısa müddətdə yüksək nəticələrə nail olmaq mümkün deyil, ona görə də idmanın bu növünün populyarlaşdırılması Azərbaycan tiratlonunun gələcək uğurlarının rəhni ola bilər".

2017-10-31 07:11:24

Azərbaycan triatlon yığmasının üzvü Rostislav Pevtsov Koreyanın Tongyong şəhərində təşkil olunan sprint üzrə Dünya Kuboku yarışlarında gümüş medal qazanıb.

750 metrlik su məsafsini idmançımız 08:36 vaxt çərçivəsində başa vurub. Ardınca isə 20 kilometrlik velodistansiyanı 27:05 nəticəsilə qət edib. Nəhayət, yarışların son mərhələsi - 5 kilometrlik qaçış zolağını R.Pevtsov 15:07 nəticəsilə başa vurub. Ümumi hesablamada R.Pevtsov 52:02 vaxt göstəricisilə birinci yerə layiq görülüb.  

 

Hatırladag ki, carı mövsümdə Pevtsov 3-cü dəfə Dünya Kuboku yarışlarında fərglənib. Bələ kiRostislav Çinin Çenqdu şəhərində keçirilən  Dünya Kubokunda 2-ci olub, Hong Kongda isə qələbə qazanıb

2017-10-31 07:08:28

Azərbaycan triatlon yığmasının üzvü Rostislav Pevtsov Hong Kong şəhərində təşkil olunan sprint üzrə Açıq Asiya Kuboku yarışlarında qızıl medal qazanıb.

750 metrlik su məsafsini idmançımız 09:33 vaxt çərçivəsində başa vurub. Ardınca isə 20 kilometrlik velodistansiyanı 29:14 nəticəsilə qət edib. Nəhayət, yarışların son mərhələsi - 5 kilometrlik qaçış zolağını R.Pevtsov 15:09 nəticəsilə başa vurub. Ümumi hesablamada R.Pevtsov 56:39 vaxt göstəricisilə birinci yerə layiq görülüb.  

Qadınlarınmübarizəsində isə komandamızın üzvü KseniyaLevkovskaya 1 saat 04 dəqiqə 29 saniyəliknəticə ilə 4-cü olub.

Hatırladagki, carı mövsümdəPevtsovLas-PalmasdakeçirilənAvropaKubokununqalibiolub, Rabat şəhərindətəşkilolunanAçıqAfrikaKubokuyarışlarındaqızılmedalqazanıb. Eyni zamanda Çinin Çenqdu şəhərində keçirilən  Dünya Kubokunda 2-ci olub. Avropa Kuboklarının ümumi hesabında isə Rostislav gümüş medalı qazandı.

 

 

2017-10-09 06:46:48

Azərbaycanın triatlon üzrə yığmasının üzvü Rostislav Pevstov Avropa Kubokunun gümüşünü qazandı.

IspaniyanıMelilla şəhərində keçiriləAvropa Kubokunun finalındao 4-ci yerə layıgörüldü.

1500 metrlik su məsafsini idmançı 21.16 vaxt çərçivəsində başavurub. Ardınca isə 40 km velodistansiyanı 58.01 nəticəsilə qət edib. Nəhayət, yarışların son mərhələsi - 10 kilometrlik qaçış zolağını R.Pevtsov 31.50 nəticəsilə başa vurub. Ümumi hesablamada R.Pevtsov 01:52:04 vaxt göstəricisilə ikinci yerə layiq görülüb.

Ammacarı mövsümdə  keçirilənAvropaKuboklarının ümumihesabındaRostislav 2-ciolubvegümüş medalı qazandı.

 

AvropaKubokununfinalındaKseniyaLevkovskayadaiştirakedib. İdmançımızfinişə 7-ci çatdı.

2017-08-06 21:44:02

Azərbaycanın Triatlon üzrə yığmasının üzvü Darina Moskalenko Macarıstanın Velense şəhərində keçirilən gənclər arasında (U-23) Avropa çempionatında 6-ci yerə layıq görüldü.

750 metrlik su məsafsini idmançımız 10:31 vaxt çərçivəsində başa vurub. Ardınca isə 20 kilometrlik velodistansiyanı 33:28 nəticəsilə qət edib. Nəhayət, yarışların son mərhələsi - 5 kilometrlik qaçış zolağını D.Moskalenko 18:41 nəticəsilə başa vurub. Ümumi hesablamada Darina 01:04:13 vaxt göstəricisilə 6-ci yerə layiq görülüb.

 

Turnirində 39 idmançı mübarizə aparıb. Yarışın galibi isə britaniyalı Corciya Teylor-Braun olub.

2017-06-28 20:50:51

Azərbaycan triatlon yığmasının üzvü Rostislav Pevtsov Almaniyanın Düsseldorf şəhərində təşkil olunan sprint üzrə Avropa çempionatında çıxış edib.

Təmsilçimiz 61 idmançının mübarizə apardığı yarışında 57 dəqiqə 42 saniyə nəticə göstərərək 5-ci yerə layıq görüldü.

 

Yarışın galibi isə portuqaliyalı Coao Pereyra olub.

2017-06-19 08:43:40

Azərbaycanın Triatlon üzrə yığmasının üzvü Rostislav Pevstov Avstriyanın Kitsbüel şəhərində keçirilən Avropa çempionatında 7-ci yerə layıq görüldü.

1,5 kilometrlik su məsafsini idmançımız 19:11 vaxt çərçivəsində başa vurub. Ardınca isə 40 kilometrlik velodistansiyanı 54:03 nəticəsilə qət edib. Nəhayət, yarışların son mərhələsi - 10 kilometrlik qaçış zolağını R.Pevtsov 31:32 nəticəsilə başa vurub. Ümumi hesablamada R.Pevtsov 01:45:54 vaxt göstəricisilə 7-ci yerə layiq görülüb.

Turnirində 53 idmançı mübarizə aparıb. Yarışın galibi isə portuqaliyalı Coao Pereyra olub.

 

Hatırladag ki, carı mövsümdə Pevtsov Las-Palmasda keçirilən Avropa Kubokunun qalibi olub, Rabat şəhərində təşkil olunan Açıq Afrika Kuboku yarışlarında qızıl medal qazanıb və Çenqduda keçirilən Dünya Kubokunun gümüşünü əldə edib.

2017-05-31 08:51:34

Azərbaycan triatlon yığmasının üzvü Kseniya Levkovskaya Mərakeşin Laraçe şəhərində təşkil olunan Açıq Afrika Kuboku yarışlarında qızıl medal qazanıb.

 

Təmsilçimiz 59 dəqiqə 39 saniyə nəticə göstərərək Afrika Kuboku qalibi olub. K.Levkovskaya ən yaxın izləyicisi italiyalı Zane Illariyanı 20 saniyə qabaqlayıb. 

2017-05-08 06:23:54

Azərbaycanıntriatlonüzrə yığmasının üzvü RostislavPevstov Çenqdudain) keçirilənDünyaKubokunungümüşünü qazandı.

Yarış ikimərhələdənibarətidi. Əvvəlcə idmançılaryarımfinaldamübarizə aparıblar. RostislavPevtsov özyarımfinalda 6-ciolubvə finalavəsiqə qazanıb.

Finalda 400 metrlik su məsafsini idmançımız 04:57 vaxt çərçivəsində başa vurub. Ardıncaisə 10 kmvelodistansiyanı 13:39 nəticəsilə qətedib. Nəhayət, yarışlarınsonmərhələsi – 2,5 kilometrlikqaçış zolağını R.Pevtsov 07:02 nəticəsilə başavurub. ÜmumihesablamadaR.Pevtsov 26 dəqiqə 48 saniyə nəticə göstərərəkikinciyerə layiqgörülüb.

Hatırladag ki, carı mövsümdə Pevtsov Las-Palmasda keçirilən Avropa Kubokunun qalibi olub və Rabat şəhərində təşkil olunan Açıq Afrika Kuboku yarışlarında qızıl medal qazanıb.

2017-05-03 07:20:48

Azərbaycanın Triatlon üzrə gənclərdən ibarət yığma komandası Jitomir şəhərində təşkil olunan Açıq Ukrayna çempionatında çıxış edib.

60 idmançının içtirak etdiyi turnurdə yığmamızdan ən yaxşı nəticə göstərən Zaur Arkaniya olub. O, finiş nögtesinə 6-ci çatıb. Cəfər Məmmədov 27-ci yeri tutub. Vadim Sigaryev isə 35-ci yerlə kifayətlənməli olub.

 

Beləliklə, gənc yığma üçün bu startı uğurlu hesab etmək olar, çünki bu, onların hələ ki, təcrübə toplamasında böyük töhfə verir.

2017-04-18 09:08:46

Azərbaycan triatlon yığmasının üzvü Rostislav Pevtsov Mərakeşin Rabat şəhərində təşkil olunan Açıq Afrika Kuboku yarışlarında qızıl medal qazanıb.

Təmsilçimiz44 idmançınınmübarizə apardığı yarışında 57 dəqiqə 28 saniyə nəticə göstərərəkAfrikaKubokuqalibiolub. R.Pevtsov ən yaxın izləyicisi fransalı Maksim Нüber-Müsbrügerı

1 saniyə qabaqlayıb.

Qadınlarınmübarizəsində isə komandamızın üzvü DarinaMoskalenko 1 saat06 dəqiqə 53 saniyəliknəticə ilə 6-cı olub.

2017-03-27 07:53:45

Azərbaycanın triatlon üzrə yığması bu ilin beynəlxalq arenada qazanılan mükafatların "siftə"sini elədi.

Bu sahədə ilk imza atan Rostislav Pevstov oldu. O Ispaniyanın Las-Palmas şəhərində keçirilən Avropa Kubokunda birinci yerə layıq görüldü. Həmçinin Rostislav öz aktivinə reyting balları yazıb.  

 

1,5 kilometrlik su məsafsini idmançımız 18:40 vaxt çərçivəsində başa vurub. Ardınca isə 40 kilometrlik velodistansiyanı 01:00:09 nəticəsilə qət edib. Nəhayət, yarışların son mərhələsi - 10 kilometrlik qaçış zolağını R.Pevtsov 30:45 nəticəsilə başa vurub. Ümumi hesablamada R.Pevtsov 01:50:42 vaxt göstəricisilə birinci yerə layiq görülüb.  

2017-02-21 07:27:37

Romada Avropa Triatlon Şurasının Baş Assambleyası keçirilib

Forumda Azərbaycan Triatlon Federasiyasının prezidenti Azər Məhərrəmov və Baş katib Cavad Axundzadə iştirak ediblər.

Baş Assambleyanın çərçivəsində Avropa Triatlon Şurasının idarə heyətinin üzvləri müəyyən olunub.

 

Qeyd edek ki, A.Məhərrəmov Avropa Triatlon İttifaqının komissiya üzvüdür. O, marketinq, KİV-lərlə əlaqə, kommunikasiya və ümumilikdə triatlonun inkişafı istiqamətləri üzrə fəaliyyətinin həyata keçirilir.

2017-02-13 10:46:14

Həftə sonu Avropa Triatlon Şurasının (ETU) mənzil-qərargahının yerləşdiyi Romaşəhərində “Male athlete of the year 2016” çərçivəsində ötən il üçün qitenin ən yaxşı triatlonçunun adı açıqlayacaq.

 

Siyahıda Azərbaycanıyığmasının üzvü RostislavPevtsovun adı da var. Idmançımız Dünya Kuboku mərhələlərində, həmçinin Şatoruda sprint üzrə Avropa çempionatında medallar qazanıb, Rioda keçirilən Yay Olimpiya Oyunlarına lisenziya alıb və orada debüt edib.Pevtsov ötən ilin Avropada ən yuksək reytinqə malik olan triatlonçu kimi adını layiq görülüb.

2017-02-07 06:55:41

17-18 fevral tarixlərində Italiyanin Roma şəhərində Avropa Triatlon Şurasının (ETU) Baş Assambleyası keçiriləcək.

Forumda Azərbaycan Triatlon Federasiyasının prezidenti Azər Məhərrəmov və Baş katib Cavad Axundzadə iştirak edəcəklər.

Baş Assambleyanın çərçivəsində Avropa Triatlon Şurasının idarə heyətinin üzvləri müəyyən olunacaq.

 

Qeyd edek ki, A.Məhərrəmov Avropa Triatlon İttifaqının komissiya üzvüdür seçilib. O, marketinq, KİV-lərlə əlaqə, kommunikasiya və ümumilikdə triatlonun inkişafı istiqamətləri üzrə fəaliyyətinin həyata keçirilir.

2017-01-29 12:48:59

"Marriott" otelində "Zəfər" beynəlxalq idman mükafatının təqdimat mərasimi keçirilib. Tədbirdə idman ictimaiyyətinin nümayəndələri, nazirlər, millət vəkilləri, jurnalistlər, olimpiya, dünya və Avropa çempionları iştirak ediblər.

 

Mərasimdə Azərbaycan Triatlon Federasiyasının ötən ilki fəaliyyəti yüksək qiymətləndirilib və "İlin Komandası" mükafatına layiq görülüb.  Tanınmış mütəxəssis Yaqub Məmmədov "Zəfər" beynəlxalq idman mükafatini Azərbaycan Triatlon Federasiyasının Baş katibi Cavad Axundzadəyə təqdim edib.

2017-01-26 10:30:51

Triatlon idman dünyasında xüsusi yer tutur. Bu idman növü ilə özlərini imtahana çəkən insanlar məşğul olur və triatlon onlar üçün bir həyat tərzinə çevrilib.

Azərbaycanda  bu idman növü yenidir. Üç ildən bir qədər artıq fəaliyyət göstərməsinə baxmayaraq, Azər Məhərrəmovun rəhbərlik etdiyi Azərbaycan Triatlon Federasiyası (ATF), müvəffəqiyyətli çıxışları ilə artıq diqqət mərkəzindədir. Federasiyanın fəaliyyəti ilə yaxından tanış olmaq üçün “Sportsman”, ATF prezidentinin qonağı oldu.   Görüş əsnasında “Azəridmanservis”in baş direktoru,  tibb elmləri doktoru cənab Məhərrəmovdan  respublikada triatlonun inkişafı, beynəlxalq arenada müvəffəqiyyətləri və gələcək perspektivləri haqda topladığımız məlumatları  diqqətinizə çatdırırıq.

 

Azər müəllim, bildiyimizə görə milli federasiya  2013-cü ilin iyununda yaradılıb. Başlanğıc nə dərəcədə çətin idi?

Birinci olmaq həmişə çətindir. Xüsusilə də  xaricdə dərin ənənələrə malik, olimpiya proqramına daxil edilmiş, iştirakçıları “dəmir insanlar” adlandırılan triatlona gəlincə. Bu əslində də belədir, çünki bizim idman növü 3 sahədən – üzgüçülük, veloidman və qaçışdan ibarətdir. Biz işə  başlayanda qarşımızda 3 mühüm vəzifə dururdu. Birincisi -  beynəlxalq səviyyədə nailiyyətlər əldə edə biləcək  rəqabət qabiliyyətli komanda yaratmaq, ikincisi - cavanlardan ibarət yığma komandanın formalaşdırılması və triatlonun geniş yayılması üçün təbliğat işlərinin aparılması. Üçüncüistiqamət isə hazırlıq qrupudur. İdmançılarımız hazırlıq və məşqlərini Bakı Su İdmanı Sarayında keçirlər. Burada onlar üçün hər cür şərait yaradılıb. Hazırlıq qrupundan müəyyən uşaqlar seçilərək yeniyetmələrin sırasına cəlb olunur. Məşqçilər korpusunda peşəkar mütəxəssislər yer alıblar. Əlbəttə, triatlon spesifik növüdür. Burada qısa müddətdə yüksək nəticələrə nail olmaq mümkün deyil, ona görə də bu idmanın populyarlaşdırılması Azərbaycan tiratlonunun gələcək uğurlarının rəhni ola bilər. Indi geriyə baxaraq qətiyyətlə demək olar ki,  bu illər ərzində ATF əhəmiyyətli inkişafa nail olmuşdur. Onu demək kifayətdir ki, tarixdə ilk dəfə olaraq, Azərbaycan triatlonu Rostislav Pevtsovun simasında olimpiadada təmsil olunmuşdur. O, Avropa reytinqində liderdir, dərəcələr haqda dünya siyahısında ilk onluğa yaxındır, yəni praktiki olaraq dünya elitasına daxildir.  Federasiyamız, bizə  hərtərəfli dəstək olan Azərbaycan Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq edir.

 

Yəqin ki, mühüm  məqamlardan biri də yığma komandaya rəhbərlik edəcək baş məşqçinin seçimi idi?

Tamamilə doğrudur. Sevindirici haldır ki, Sergey Yatsenko kimi  təcrübəli mütəxəssis təklifimizi qəbul edərək, yığmaya rəhbərlik  etdi.  O, Ukrayna və Rusiya komandaları ilə çalışmış təcrübəli məşqçilərdən biridir.  Bundan əlavə yığmanın məşqçilər ştabı yaradılmışdır, axı Rostislav Pevtsov və Kseniya Levkovskayanın daxil olduğu birinci komanda da  S.Yatsenkonun tabeliyindədir. Gənclər yığmasının baş məşqçisi isə Lev Medvedevdir və qeyd etmək lazımdır ki, komandanın tərkibində bir sıra perspektivli atletlər var ki, onlar da yaxın gələcəkdə dünya triatlonu elitasına çıxa bilərlər. Ilk növbədə  Bakıda anadan olmuş Darina Moskalenkonu qeyd etmək istəyirəm. O, 2016-cı ildə gənclər arasında keçirilən iki Avropa Kubokunun mükafatçısı   olmuşdur. Yeni ildən isə Darina  yaşlılar səviyyəsinə keçir və  artıq burada öz nəticələrini inkişaf etdirməyə başlayacaq. Bizdə triatlonun  bütün istiqamətləri üzrə - üzgüçülük, veloidman və qaçış üzrə mütəxəssislər çalışır. Belə ki, məşqçi ştabımız güclüdür.

 

Komandanın əldə etdiyi nəticələrdən nə dərəcədə razısınız?

Ilk növbədə qeyd etmək istəyirəm ki, bir neçə il əvvəl dünya triatlon xəritəsində Azərbaycanın adı belə yox idi. Gizli deyil ki, yeni idmanın hər hansı sahəsinin inkişafının istiqamətlərindən biri, xüsusən ilk başlanğıcda, legionerlərin cəlb edilməsidir. Düzdür, yerli gənc idmançılar hesabına da başlamaq olar, amma buna on illərlə vaxt gedəcək.  Perspektivli yerli gəncləri inkişaf etdirməklə  yanaşı,  artıq triatlonda püxtələşmiş peşəkar idmançıları dəvət etmək tamamilə başqa yanaşmadır. Onlar  bir tərəfdən yetişən gənc nəsil üçün örnək olacaq, mayak rolunu  oynayacaq, digər tərəfdən də bu idmançılar artıq indi Azərbaycana ilk medalları gətirə bilərlər. Ən  əsası odur ki, legionerlərin müvəffəqiyyətləri gənclər üçün etalon olacaq. Belə də oldu.  Rostislav Pevtsov  məhz Azərbaycan komandasında böyük idmançı kimi özünü doğrultdu. Əlamətdar haldır ki, respublika triatlonu üçün Rio Olimpiadasına ilk  lisenziyanı məhz o əldə etdi.  Ildən-ilə Rostislavın nəticələri yüksələn xətlə gedir. 2016-cı ildə o, iki dəfə Dünya Kubokunun mükafatçısı olub, Avropa çempionatında gümüş medala layiq görülüb, həmçinin Avropa Kubokunda da ümumi hesabda qələbə qazanıb. Rio Olimpiya Oyunlarında 39-cu yeri tutdu. Onu da nəzərə almaq lazımdır ki, yarış zamanı fors-major baş verdi. Trasda  yaranmış qəza  nəticəsində  Pevtsov öndə gedən qrupdan geri qaldı. Belə olmasaydı o, yarışı ilk 20-likdə başa vuracaqdı.

Kseniya Levkovskaya da öz növbəsində Tartuda Avropa Kubokunun bürünc medalını qazanmışdı, kontinental reytinqdə isə 14-cü yerdədir. Gördüyünüz kimi, artıq Azərbaycan yığmasının beynəlxalq arenada öz yeri var və idmançılarımız səylə məşq edərək, inkişaf etməyə davam edirlər.

 

Azərbaycanda triatlonun populyarlaşması üçün hansı addımlar atılır?

Mən qeyd etdim ki, triatlon qərbdə çox məşhurdur – Atlantikadan başlayaraq Böyük Britaniya və İspaniyayadək geniş yayılmışdır. Bu idman növü 2000-ci ildən etibarən Olimpiya oyunlarına daxil edilib. Qərbdə, triatlon həyat tərzidi, zəngin ənənələrə malikdir. ABŞ, İspaniya, Böyük Britaniya, Fransa Triatlon dünyanın aparıcı ölkələri kimi sayılır. Bu ölkələr triatlon üzrə çox aktivdir və  bu idman növü aktiv yaş qruplarıyla müəyyən mənada ailəvi xarakter daşıyır. Əlbəttə ki, elit atletlər  və «Ironman» turnirlərində iştirak edən təcrübəli atletlərin bir qismi də bura aiddir. Hal-hazırda Azərbaycanda idman həvəskarları triatlon haqqında müəyyən biliklərə malikdirlər. Bundan əlavə «Aquatic Palace» nəzdində bizim yeni başlayan idmançıların məşq etdiyi şöbəmiz fəaliyyət göstərir. Seleksiya prosesi başlamışdır. Bizə  triatlonla maraqlanan valideynlər, gənclər və  idmançılardan  çoxlu müraciətlər var. Məlumdur ki, hələ federasiya yaranmamışdan əvvəl müəyyən şəxsi meydançalarda artıq triatlon bu və ya digər şəkildə mövcud idi.   Xüsusilə ölkəmizdə çalışan xarici vətəndaşlar arasında. Orada həm də duatlon və triatlon üzrə yarışlarda iştirak edən bizim həmvətənlərimiz də var idi. Odur ki, bizə idmanın bu növü ilə çox maraqlanan insanlar tərəfindən külli miqdarda müraciətlər gəlir. Həmçinin, müvəffəqiyyətli  dövlət siyasəti nəticəsində sürətlə inkişaf edən Azərbaycan, idman aləmində ən öndə gedən  ölkələrdən biridir. Bu Rioda keçirilən Olimpiadada da təsdiqləndi. Bu səbəbdən də bizim əsas vəzifələrimizdən biri  triatlonu  əhali arasında  populyarlaşdırmaqdır. Burada mühüm məqam məşqçilərin hazırlanması, bölgələrdə triatlon şöbələrinin yaradılmasından ibarətdir. Bundan başqa  federasiyanın təşəbbüsü ilə «BakuTriClub» klubu yaradılmışdır ki, klubun nümayəndələri artıq özlərini  yaxşı mənada göstəriblər. O cümlədən,  Firdovsi Kərimov Fransada keçirilən turnirin nəticələrinə görə Azərbaycanda “İronman” adına layiq görülmüş ilk idmançıdır. O, 15 saatdan bir qədər az müddətdə nonstop rejimində 180 km velosipedlə, 42 km qaçışla və 4 km məsafəni üzərək qət edərək, bu ada sahib çıxmışdır.

 

Azər müəllim, bir qədər də federasiyanın gələcək planları barədə...

Planlar çox genişdir. Hal-hazırda 2020-ci il Tokio Olimpiadasına hazırlıq mərhələsi başlayır. Qarşıdakı Yay Olimpiya Oyunlarında triatlon proqramı üzrə iki idmançıyla təmsil olunmaq istərdik və buna can atacağıq. Həmçinin, bizim idman növünün təbliği, daha çox gənc nəsil  nümayəndələrinin bu idman növünə cəlb olunması   işlərini davam etdiririk. Həyata keçirmək istədiyimiz müəyyən layihələr də var. Bir sözlə, gələcəkdə görüləcək işlərimiz çoxdur və biz yeni çağırışlara hazırıq.

2017-01-25 09:20:04

Azərbaycanın triatlon üzrə yığmasının üzvü Rostislav Pevstov «Əməkdar Idman ustası» adına layiq görülmüşdür. Idmançimizi təbrik edirik!

 

Yığma komandanın lideri Dünya Kuboku mərhələlərində, həmçinin Şatoruda sprint üzrə Avropa çempionatında medallar qazanıb, Rioda keçirilən Yay Olimpiya Oyunlarına lisenziya alıb və orada debüt edib.

2016-10-17 06:16:44

Azərbaycanıtriatlon üzrə yığmasının üzvü Rostislav Pevstov Alaniyada keçiriləAvropa Kubokunun gümüşünü qazandı.

1500 metrliksuməsafsiniidmançı 18.49 vaxt çərçivəsində başavurub. Ardınca isə 40 km velodistansiyanı 56.19 nəticəsilə qət edib. Nəhayət, yarışların son mərhələsi - 10 kilometrlik qaçış zolağını R.Pevtsov 31.37 nəticəsilə başa vurub. Ümumi hesablamada R.Pevtsov 01:47:45 vaxt göstəricisilə ikinci yerə layiq görülüb.

 

Onan basqa Avropa Triatlon Şurası idmançımızı hüsusi ilə qeyd elədi. Pevtsov bu mövsüm Avropada ən yuksək reytinqə malik olan triatlonçu kimi adını layiq görülüb.

2016-10-04 07:14:05

Azərbaycan Triatlon Federasiyası (ATF) İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda yığma komandanın cari mövsümdə qazandığı nəticələr, gənclərdən ibarət komandanın işində irəliləyiş, respublikada triatlonun inkişafı, habelə gələn il üçün planlar müzakirə edilib.

ATF-nin prezidenti Azər Məhərrəmov qeyd edib ki, başa çatmaqda olan mövsüm hər mənada tarixi mövsüm olub. O deyib: “Azərbaycanın triatlon idmanı ilk dəfə Olimpiadada təmsil olunub. Bu nailiyyətə görə biz hamımız fəxr edirik. Bu, gələcəkdə daha yaxşı nəticələrə ümid etməyə əsas verir. Yığma komandanın lideri Rostislav Pevtsov Dünya Kuboku mərhələlərində, həmçinin Şatoruda sprint üzrə Avropa çempionatında medallar qazanıb, Rioda keçirilən Yay Olimpiya Oyunlarına lisenziya alıb və orada debüt edib. Təbii ki, yeni dövrədə başqa idmançılarla yanaşı, ona da böyük ümid bağlayırıq. Kseniya Levkovskaya Tartuda keçirilən Avropa Kubokunda gərgin rəqabət mübarizəsində bürünc medal qazanıb”.

Gənclərdən ibarət yığmanın baş məşqçisi Lev Medvedev perspektivli idmançıların, xüsusən Darina Moskalenkonun çıxışını ayrıca qeyd edib. Mütəxəssis deyib: “Darina bu il iki dəfə yuniorlar arasında Avropa Kubokunun mükafatçısı olub və inkişafını davam etdirir. Builki mövsüm onun yunior kimi çıxış etdiyi son mövsüm olub. Gələn ildən yaşlılar kateqoriyasında çıxış edəcək Darina perspektivdə yaşı 23-ə qədər olan idmançılar arasında Avropa çempionatında çıxış edə bilər”.

Qeyd edilib ki, yeni olimpiya dövrəsində D.Moskalenko olimpiya lisenziyası uğrunda mübarizə apara bilər, xüsusən ona görə ki, ATF Tokioda iki triatletlə təmsil olunmağı planlaşdırır.

 

ATF-in baş katibi Cavad Axundzadə Azərbaycanda triatlon idmanının inkişafından söhbət açaraq deyib: “Bizim bir neçə perspektivli idmançımız var. Onlara ümidimiz çoxdur. Bundan əlavə seleksiya işi aparılır. Əlbəttə, triatlon idmanın spesifik növüdür. Burada qısa müddətdə yüksək nəticələrə nail olmaq mümkün deyil, ona görə də idmanın bu növünün populyarlaşdırılması Azərbaycan tiratlonunun gələcək uğurlarının rəhni ola bilər”.

2016-08-29 06:07:13

Azərbaycanın Triatlon üzrə komandası Rumıniyada keçirilən gənclər arasında Avropa Kubokunda uğurla çıxış edib. Idmancımız Darina Moskalenko bürünc medalı qazanıb. 

2016-08-19 11:15:53

Rio-2016-da kişi triatlonçular arasında mükafatçıların adına aydınlıq gəlib. Yarışda ölkəmizi Rostislav Pevtsov təmsil edib.

Braziliyada debüt edən 29 yaşlı idmançımız start xəttinə Bakı vaxtı ilə saat 18:00-da çıxıb. Üzgüçülük, velosiped idmanı və qaçışda qüvvəsini sınayan triatlonçuların yarışında 55 idmançı qüvvəsini sınayıb. Pevtsov yürüşü 1:52.06 saat nəticə ilə 39-cu sırada bitirib.

 Qeyd edək ki, Avropa Oyunlarının bürünc medalçısı olan Pevtsov bu idman növündə Olimpiya oyunlaırında iştirak edən ilk Azərbaycan idmançısı kimi tarixə düşüb.

 

 

2016-07-20 08:10:47

Avqustun 5-də Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları start götürəcək. Dördilliyin zirvə yarışında Azərbaycan 56 idmançı ilə təmsil olunacaq. İlk dəfə olaraq Azərbaycan triatlon üzrə yarışda təmsil ediləcək. İdmançımız Rostislav Pevtsov dünyanın ən güclü triatlonçuları ilə birgə Olimpiya medalı uğrunda yarışacaq.

AZƏRTAC idmançımızın mötəbər yarışa hazırlığı ilə bağlı Azərbaycan Triatlon Federasiyasının prezidenti Azər Məhərrəmovdan müsahibə alıb.

 

- Azər müəllim, idmançımızın “Rio-2016”ya hazırlığını necə dəyərləndirirsiniz?

- Son iki-üç il ərzində Azərbaycanda triatlonun inkişafında böyük nailiyyətlər əldə olunub. Ölkəmiz ilk dəfə idmanın bu növündə “Rio-2016” Olimpiya Oyunlarına lisenziya qazanıb. Bu, böyük nailiyyətdir. XXXI Yay Olimpiya Oyunlarında Azərbaycanı 56 idmançı təmsil edəcək ki, onlardan biri də triatlonçu Rostislav Pevtsovdur.

Dörd il əvvəl - “London-2012”də triatlon yarışlarını izləyərkən düşünə bilməzdik ki, növbəti yarışda Azərbaycan idmançısı da mübarizə aparacaq. Ancaq həmin vaxt idmanın bu növünün ölkəmizdə inkişafı istiqamətində nəzəri fikirlər formalaşırdı. Bu uğur federasiyanın, atletlərin və məşqçilərin birgə əməyi nəticəsində əldə olundu. Azərbaycan triatlonçusu Rostislav Pevtsov “Rio-2016”da avqustun 18-19-da mübarizə aparacaq.

Triatlonun özünəməxsus xüsusiyyətləri var. Bütün bunları nəzərə alaraq, idmançımızın lazımi tədbirlərdə, startlarda, etap və turnirlərdə iştirakını təmin etdik. Bu yarışlar intensiv xarakter daşıyırdı. Rostislav Pevtsov hazırda Fransada təlim-məşq toplanışındadır. Sonra idmançımız sonuncu hazırlıq prosesi üçün İspaniyaya yollanacaq və oradan birbaşa Rio-de-Janeyroya gedəcək.

Cari mövsüm Azərbaycan triatlonu üçün çox uğurlu oldu. İdmançımızın aktivində bu mövsüm qızıl, bir neçə gümüş və bürünc medallar var. Triatlonçumuz Avstraliya, Yeni Zelandiya, Çin, Avropanın bəzi startlarında, qitə çempionatının müəyyən etaplarında uğurla çıxış edib və ölkəmizin bayrağını qaldırıb. Biz “Rio-2016”ya böyük ümidlə baxırıq. Ancaq səmimi etiraf etməliyəm ki, “Rio-2016”da medal qazanmaq çox çətindir. Çünki triatlonun yazılmamış qaydaları var. Reytinqdə 5-10-cu yerlərdə qərarlaşan idmançılar bu səviyyəyə müəyyən vaxt ərzində gəlib çıxıblar. Onları üstələmək çox çətindir. Sözsüz ki, bu, idmandır. Hər bir sürpriz ola bilər. İdmançının iradəsindən və hazırlığından çox şey asılıdır. Biz də Rostislav Pevtsovu yüksək hazırlıq səviyyəsinə gətirib çıxarmışıq. Çox sevinərdim ki, idmançımız “Rio-2016”da ilk onluqda qərarlaşsın. Hazırda idmançımız dünya reytinqində 14-cü pillədədir. Həmin reytinq cədvəlində 500 triatlonçunun adı yer alıb.

“Rio-2016”da medaldan danışarkən digər ölkələrin on illər ərzindəki təcrübəsini də nəzərə almaq lazımdır. Hazırda Parisdə triatlon məktəbi fəaliyyət göstərir. Orada ingilislər, ispanlar, ruslar və digərləri bu məktəbdə hazırlaşırlar. Bizim o məktəbdə hazırlaşmağa heç vaxtımız da olmadı.

- Triatlonda Olimpiya Oyunlarına lisenziya hansı meyarlar əsasında qazanılır?

- İdmanın bu növünün öz kriteriyaları var. Triatlonda Olimpiya Oyunlarına iki il qalmış tsikl elan olunur. Dünya Triatlon İttifaqı tərəfindən 2014-cü il iyunun 1-dən 2016-ci il mayın 31-dək elan olunmuş dövrdə idmançılar reytinq xalları qazanıblar. Reytinq xalları dünya kuboku yarışlarının mərhələləri, kontinental çempionatların etapları, dünya və Avropa birinciliklərindən qazanılır. Mayın 31-də triatlonçuların son reytinq cədvəli elan olunub. Biz artıq bu ilin martında idmançımızın Olimpiadada iştirak edəcəyini söyləmişdik. Çünki idmançımızın reytinq cədvəlindəki mövqeyi bunu deməyə əsas verirdi. Dünya Triatlon İttifaqının prezidenti və Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Marisol Kasado tərəfindən Azərbaycan Milli Olimpiya Komitəsinə ünvanlanmış məktubda idmançımızın Olimpiadaya vəsiqə qazandığı qeyd olunub.

- Rostislav Pevtsovun “Rio-2016”dakı rəqibləri barədə nə deyə bilərsiniz?

- Triatlon nisbətən yeni və gənc idman növüdür. Amma bunun tarixi var. İdmanın bu növü 1990-cı illərdə Qərb ölkələrində çox populyar olub. Triatlon ilk dəfə “Sidney-2000” Olimpiya Oyunlarının proqramına salınıb. Avropada triatlon kütləvi idman növü sayılır. Hətta həmin ölkələrin sosial şəbəkələrində də bu idman növü çox populyardır. İdmanın bu növünün Qərb ölkələrində inkişafı orada üzgüçülük, atletika və velosiped idmanının populyarlığı ilə əlaqədardır. Triatlon əsasən dənizə, okeana yaxın ölkələrdə daha çox inkişaf edib. Dünyada ABŞ, Avstraliya, Avropada isə İngiltərə, İspaniya, Portuqaliya, Fransa birincilər sırasındadır. İdmançılardan danışsaq, İngiltərədən Brauli qardaşlarının, İspaniyadan Qomes qardaşlarının və digərlərinin adlarını çəkmək olar. Onların bəziləri ötən il ölkəmizdə təşkil olunan “Bakı-2015” ilk Avropa Oyunlarında mübarizə aparıblar.

 - Azərbaycanda idmanın bu növünün inkişafı istiqamətində hansı işlər görülür?

- Azərbaycanda triatlonun inkişafı üç istiqamətdə aparılır. Birincisi, böyüklərdən ibarət millimizdir. Bu heyətə üç idmançı daxildir. Bu heyətin genişləndirilməsi nəzərdə tutulur və “Rio-2016”dan sonra iki namizədimiz var. İkinci istiqamət isə yeniyetmələrdir. Bu, heç də hazırlıq mərhələsi deyil. İdmançılarımız Avropa kuboku yarışlarında müəyyən uğura nail olublar. Darina Moskalenko açıq Ukrayna çempionatında qızıl medal qazanıb. O, Macarıstanda təşkil olunan yarışda isə gümüş medala sahib olub.

Üçüncü istiqamət isə hazırlıq qrupudur. İdmançılarımız hazırlıq və məşqlərini Bakı Su İdmanı Sarayında keçirlər. Burada onlar üçün hər cür şərait yaradılıb. Hazırlıq qrupundan müəyyən uşaqlar seçilərək yeniyetmələrin sırasına cəlb olunur. Məşqçilər korpusunda peşəkar mütəxəssislər yer alıblar.

- Azər müəllim, ətraflı məlumata görə minnətdarlığımızı bildirir, Olimpiadada və qarşıdakı digər yarışlarda sizə uğurlar arzulayıram.

 

- Çox sağ olun.

2016-07-10 22:09:35

Azərbaycanın Triatlon üzrə yığmasının üzvləri beynəlxalq yarışlarda uğurla çıxış ediblər.

Macarıstanda keçirilən gənclər arasında Avropa Kubokunda Darina Moskalenko gümüş medalını qazandı.Su məsafsini idmançı 07:11 vaxt çərçivəsində başa vurub. Ardınca isə velodistansiyanı 20:31 nəticəsilə qət edib. Qaçış zolağını Moskalenko 12:54 nəticəsilə başa vurub. Ümumi hesablamada Darina 42:03 vaxt göstəricisilə ikinci olub.

 

Kseniya Levkovskaya isə Estoniyada keçirilən Avropa Kubokunda bürünc medalı əldə edib.750 metrlik su məsafsini idmançı 09:26 vaxt çərçivəsində başa vurub. Ardınca isə 20 kilometrlik velodistansiyanı 33:04 nəticəsilə qət edib. Nəhayət, yarışların son mərhələsi – 5 kilometrlik qaçış zolağını Levkovskaya 18:00 nəticəsilə başa vurub. Ümumi hesablamada Kseniya 01:02:07 vaxt göstəricisilə bürünc medalı qazanıb.

2016-06-29 08:08:28

Fransanın Şatoru şəhərində Azərbaycan triatlonu tarixinə yeni səhifə yazılıb. Söhbət sprint üzrə Avropa çempionatından gedir. Burada milli yığmamızın lideri Rostislav Pevtsov fərqlənərək gümüş medal qazanıb. Daha əvvəl qitə birinciliklərində komandamızın idmançılarının medal qazanmadıqlarını nəzərə alsaq, Fransadakı nəticəni qələbə adlandırmaq olar.

Bu, cari mövsümdə onun 3-cü medalıdır. Rostislav Pevtsov ilk mükafatını Nyu-Plimutda (Yeni Zelandiya) qazanıb, sonra Çinin Çenqdu şəhərində oxşar startda 2-nci olub. Azərbaycan təmsilçisi bu yarışların gedişində Rio-de-Janeyro Olimpiadasına vəsiqə qazanıb. Bu baxımdan Şatoruda sprint üzrə Avropa çempionatı müəyyən mənada 2016-cı ilin Olimpiya Oyunlarına hazırlıq olub.

Çempionatda yetərincə güclü idmançılar iştirak edib: rusiyalı Dmitri və İqor Polyanskilər, fransalı Luis Vinsent, habelə bir sıra digər adlı-sanlı idmançılar. Onların bir çoxu hələ startdan əvvəl düşünürdü ki, R.Pevtsov fəxri kürsü uğrunda mübarizə aparmağa qadirdir, hadisələrin gedişatı isə bunu bir daha təsdiq etdi. R.Pevtsov yarışın lap əvvəlindən hadisələri qabaqlamamağa çalışır, öz strategiyası ilə hərəkət edirdi. O, tədricən rəqiblərini geridə qoyurdu. Qarşıda isə yalnız qalan triatlonçuları xeyli geridə qoyan L.Vinsent görünürdü.

Finişə çathaçatda məlum oldu ki, Azərbaycan triatlonçusu gümüş medalı əldən verməyəcək. O, çempionatı rəqiblərini xeyli geridə qoyaraq başa çatdırdı. Bürünc medalın sahibi, Böyük britaniyalı Şeldon Qrantı 14 saniyə qabaqladı. Qələbəni isə Luis Vinsent bayram etdi. Yarışda cəmi qırx altı atlet iştirak edirdi.

Avropa çempionatında qazanılan medal Azərbaycan triatlonu tarixində ilk medaldır. Qitə startlarında nəticələr bütövlükdə yüksələn xətt üzrə inkişaf edir: ötən il Avropa Oyunlarında bürünc mükafat, 2016-cı ildə Fransada Avropa çempionatında gümüş medal. Rostislav Pevtsov üçün mövsümün başlıca startı isə hələ qabaqdadır. Axı hər yeni yarış onu Rio-de-Janeyro Olimpiadasına yaxınlaşdırır.

 

 

2016-05-16 12:45:36

Azərbaycan triatlonçusu RostislavPevtsov BraziliyanınRio-de-Janeyro şəhərində keçiriləcəkYay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Bununlabağlı BeynəlxalqTriatlon İttifaqı (ITU) tərəfindənAzərbaycanTriatlonFederasiyasına(ATF) təsdiqməktubugöndərilib.

Qeyd edək ki, Beynəlxalq Triatlon İttifaqı reqlamentinəəsasən, Yay Olimpiya Oyunlarından əvvəkli 2 il ərzində (2014-2015 və 2015-2016-cı illər mövsümü) triatlonçular dünya və Avropa çempionatları, Dünya Kuboku yarışları da daxil olmaqla iştirak etdikləri bütün turnirlərdə Olimpiadaya lisenziya xalları toplayırlar. Bu müddət ərzində bir sıra yarışlarda uğurla çıxış edən Rostislav Pevtsov Olimpiadada iştirak hüququ əldə edən 52 triatlonçu sırasına düşməyi bacarıb.

 

 

2016-04-16 06:30:03

Azərbaycanın Triatlon üzrə yığmasının üzvü Rostislav Pevstov Çenqduda (Çin) keçirilən Dünya Kubokunun gümüşünü qazandı.

1500 metrlik su məsafsini idmançı 20:35 vaxt çərçivəsində başa vurub. Ardınca isə 40 km velodistansiyanı 56:26 nəticəsilə qət edib. Nəhayət, yarışların son mərhələsi - 10 kilometrlik qaçış zolağını R.Pevtsov 30:56 nəticəsilə başa vurub. Ümumi hesablamada R.Pevtsov 01:49:29 vaxt göstəricisilə ikinci yerə layiq görülüb.

Hatırladag ki, bu idmancinin ilk uğur deyil – bu ayda o Yeni Zelandiyada keçirilmiş Dünya Kubokunda 3-cü olub. 

2016-04-04 13:37:24

Azərbaycanın Triatlon üzrə yığmasının üzvü Rostislav Pevstov bu ilin beynəlxalq arenada qazanılan mükafatların "siftə"sini elədi.
Bu sahədə ilkə imza atan Rostislav Pevstov Yeni Zelandiyanın Nyu-Plimut şəhərində keçirilən mötəbər Dünya Kubokunda bürünc medalı qazanıb.

750 metrlik su məsafsini idmançı 09:55 vaxt çərçivəsində başa vurub. Ardınca isə 20 km velodistansiyanı 28:06 nəticəsilə qət edib. Nəhayət, yarışların son mərhələsi - 5 kilometrlik qaçış zolağını R.Pevtsov 14:32 nəticəsilə başa vurub.

 

Ümumi hesablamada R.Pevtsov 53:32 vaxt göstəricisilə üçüncü yerə layiq görülüb.

2016-03-12 09:51:14

Azərbaycanın Triatlon üzrə yığmasının üzvü Rostislav Pevstov Astraliyada keçirilən Dünya Kubokunda dördüncü olub.

750 metrlik su məsafsini idmançı 07:77 vaxt çərçivəsində başa vurub. Ardınca isə velodistansiyanı 29:01 nəticəsilə qət edib. Nəhayət, yarışların son mərhələsi - 5 kilometrlik qaçış zolağını R.Pevtsov 14:59 nəticəsilə başa vurub.

Ümumi hesablamada R.Pevtsov 53:19 vaxt göstəricisilə dördüncüyerə layiq görülüb. 

2016-02-26 11:38:34

Azərbaycan Triatlon Federasiyasının (ATF) qərargahında təşkilatın İcraiyyə Komitəsinin cari ildə ilk iclası olub. ATF-nin prezidenti Azər Məhərrəmovun rəhbərliyi ilə keçirilən iclasda birinci yığmanın qarşıdan gələn yarışlara hazırlığı, gənclər komandasının perspektivləri və ən yaxın dövr üçün planlar müzakirə edilib.

Dünya triatlonunda yarış mövsümü tezliklə açılacaq. Artıq mart ayında ilk reytinq startları olacaq. Əsas komanda Kiprdə qarşıdan gələn yarışlara hazırlaşır. Martın 12-də Rostislav Pevtsov və Kseniya Levkovskaya Avstraliyanın Mululaba şəhərində Dünya Kubokunda çıxış edəcək. Bundan sonra isə idmançılarımızın bir sıra yarışlarda iştirakı planlaşdırılıb.

R.Pevtsov üçün bu il prioritet məsələ, demək olar ki, vəsiqə qazandığı Yay Olimpiya Oyunlarında çıxış etməkdir. Rioda keçiriləcək Oyunlar üçün seçim davam etsə də, R.Pevtsovun dünya reytinqə mövqeyi onun minimum tapşırığı artıq icra etdiyini göstərir.

Azərbaycanın gənclər yığması, bu il İspaniyanın Qandiya qəsəbəsində ilk təlim-məşq toplantısı keçirəcək. Valensiya şəhərindən 70 kilometr aralıda yerləşən bu məkan təsadüfi seçilməyib. Orada triatlonçuların hərtərəfli hazırlaşması üçün gözəl imkanlar var. Nurlan Əliyev, Zaur Arkaniya artıq bir neçə beynəlxalq yunior yarışlarında çıxış ediblər, Darina Moskalenko isə Avropa Kubokunda bürünc medal qazanıb. İspaniyada təlim-məşq toplantısında, mayın sonunda Lissabonda keçiriləcək Avropa birinciliyinə hazırlıq çərçivəsində Ukraynanın Kiyev şəhərində açıq çempionatda iştirak etmək isə bu gənclər üçün yeni çağırış olacaq.

Azər Məhərrəmov deyib: “Hələ üç il əvvəl Azərbaycanın adı dünyanın triatlon xəritəsində yox idi. Lakin bu müddətdə biz mühüm irəliləyişə nail olduq. R.Pevtsov həqiqətən də planetin ən yaxşı 20 atletindən biri sayılır. Gənc idmançılar nəsli yetişir. Qarşısına qoyduğu plan və vəzifələri həyata keçirən federasiya bu mövsüm olduqca məzmunlu fəaliyyət göstərməyi və məsuliyyətli olmağı vəd edir. Cari ildə idmançıları bir sıra böyük turnirlər, o cümlədən Lissabonda Avropa çempionatı və sözsüz ki, Rioda Olimpiada gözləyir. Bu yarışlar Azərbaycan triatlonçuları üçün yeni çağırış olacaq”.

 

AZƏRTAC

2016-02-12 12:30:51

Azərbaycanın triatlon üzrə yığması yarış mövsümü Avstraliyada başlayacaq. Məhz orada martın 12-də Dünya Kubokunun mərhələsi keçiriləcək.

 

Burada ölkəmizi Rostoslav Pevtsov və Kseniya Levkovskaya təmsil edəcəklər.

2016-01-19 10:38:30

Azərbaycanın Triatlon üzrə yığma komandası yeni müvsümə hazırlıq prosesini davam etdirir.

 

Komanda Kiprdə təlim-məşq toplanışını keçirilir. Rostislav Pevtsov və Kseniya Levkovskaya Larnaka şəhərində hazırlıqlara başlayıb.

2016-01-08 07:41:07

Beynəlxalq Triatlon Federasiyası idmançıların yeni reytinq cədvəlini açıqlayıb. Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov reytinq cədvəlində mövqeyini qoruyub. İdmançımız 2497,32 xalla 23-cü pillədə qərarlaşıb. Reytinq cədvəlinə ispaniyalı Xavyer Qomes liderlik edir.

2015-11-06 12:46:10

Azərbaycan Triatlon Federasiyasının (ATF) prezidenti Azər Məhərrəmov Avropa Triatlon İttifaqının komissiya üzvü seçilib.

A.Məhərrəmov İttifaqın marketinq, KİV-lərlə əlaqə, kommunikasiya və ümumilikdə triatlonun inkişafı istiqamətləri üzrə fəaliyyətinin həyata keçirilməsində mühüm rol oynayacaq.

Federasiya rəhbəri gələn ilin yanvarında Parisdə yeni təyinatla bağlı müvafiq sənəd aldıqdan sonra beynəlxalq qurumdakı işinə başlayacaq.

Avropa Triatlon İttifaqının rəhbəri Renato Bertrandi bir neçə dəfə Azərbaycana səfər edərək milli federasiyada qısa müddətdə sürətli inkişafı yaxından müşahidə edə bilib. Bu səbəbdən beynəlxalq qurum Azərbaycan Triatlon Federasiyasının təsnifat dərəcəsini də 3-ə yüksəldib.

Azərtac

2015-10-07 08:36:48

Cari il Azərbaycan Triatlon Federasiyası üçün uğurlu olub.  Qurumun prezidenti Azər Məhərrəmov bu ilin idman nəticələri və qurumun fəaliyyəti baxımından uğurlu olduğunu vurğulayıb.

Birinci Avropa Oyunlarında triatlonçu Rostislav Pevtsovun bürünc medal qazanmasının sevindirici hal olduğunu diqqətə çatdıran federasiya prezidenti idmançının öz nəticələrini yaxşılaşdırmaqda davam etdiyini söyləyib. Cari il R.Pevtsov Afrika açıq çempionatında qələbə qazanıb, Çində keçirilən dünya kubokunda gümüş medala layiq görülüb. Onun uğurlarının zirvəsi isə Çikaqodakı dünya seriyasının finalındakı çıxışı olub. Həmin mötəbər yarışda idmançımız 11-ci yeri tutub.

A.Məhərrəmov qeyd edib ki, Rostislav gələn il keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziyanı artıq təmin edib: “İdmançımız dünya reytinqində yüksək pillədə qərarlaşıb. Buna görə də Braziliyada keçiriləcək “Rio-2016” Oyunlarına vəsiqəni demək olar ki, təmin edib. Bu isə o deməkdir ki, Azərbaycan idman tarixində ilk dəfə olaraq Olimpiya Oyunlarında triatlon növündə təmsil olunacaq”.

ATF-in prezidenti gənclərdən ibarət komandanın nəticələrindan də məmnunluğunu bildirərək deyib: “Əsas komanda ilə yanaşı, gənclərimiz də yaxşı nəticələr əldə edirlər. Darina Moskalenko Rumıniyada keçirilən Avropa kubokunda bürünc medal qazanmaqla ümidlərimizi doğruldub”.

A.Məhərrəmov qeyd edib ki, federasiyada üç istiqamətdə iş aparılır. Əsas komanda ilə yanaşı, gənclərin inkişafı və triatlonun təbliği sahəsində planlaşdırılan işlər tezliklə müsbət nəticəsini verəcək.

İclasda triatlon üzrə ilk açıq Azərbaycan çempionatının keçirilməsi müzakirə olunub. Bildirilib ki, yarış azarkeşlərdə triatlona marağı artıracaq və gənclərə idmanın bu növü ilə daha yaxından tanış olmaq imkan verəcək.

Qeyd olunub ki, Azərbaycan Triatlon Federasiyasının təşəbbüsü ilə “BakuTriClub” adlı ilk rəsmi triatlon klubu yaradılıb. “BakuTriClub” Avropa Triatlon İttifaqının klub yarışlarında Azərbaycanın şərəfini qoruyacaq.

Sonda İcraiyyə Komitəsinin üzvlərinin yekdil qərarına əsasən Rüstəm İbrahimov federasiyasının vitse-prezidenti seçilib. Cavad Axundzadə isə baş katib vəzifəsinə təsdiq olunub.

 

 

 

2015-09-21 08:44:06

Triatlon üzrə Azərbaycan yığmasının lideri Rostislav Pevtsov karyerasında yeni mərhələyə qədəm qoydu. Cari mövsümün yekunlarına əsasən idmançımız Çikaqoda Dünya Seriyasının finalında iştirak etmək hüququ qazandı. Mötəbər yarışda yüksək nəticə əldə edən Pevtsov 11-ci yeri tutdu. Ən yaxşıların mübarizə apardığı yarışda triatlonçu dünya elitasına daxil olduğunu sübut etdi. Eyni zamanda Pevtsov Yay Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizədə vacib xallar qazandı.

Yarış zamanı Azərbaycan yığmasının idmançısı London-2012 olimpiadasının bürünc medalçısı Conatan Brounlini qabaqladı. Pevtsov eyni zamanda Avropa Kubokunun qalibi rusiyalı Dmitriy Polyanskiy və ilk Avropa Oyunlarının gümüş medalçısı portuqal Joao Pereyranı üstələdi.

Dünya Seriyasının finalı beynəlxalq təqvimdə ən gözlənilən mübarizədir. Olimpiadadan sonra triatlon üzrə ikinci ən böyük yarış olan Dünya Seriyasının finalını bəzən dünya çempionatı da adlandırırlar. Bu dəfə 75 idmançının iştirak etdiyi kişilərin yarışında ispan Mario Mola qalib oldu. Dünya Seriyasının bütün mərhələlərinin yekun nəticəsinə əsasən isə İspaniya yığmasının digər üzvü Xavyer Qomes karyerasında üçüncü dəfə birinci yerə layiq görüldü.

Göstərdiyi yüksək nəticələrə görə Azərbaycan idmançısı Rostislav Pevtsov olimpiya lisenziyasına bir qədər də yaxınlaşdı. Təmsilçimiz artıq Rioya vəsiqəni təmin edən idmançıların siyahısında yerini möhkəmlədib.

 

Qeyd edək ki, 2016-cı il mayın sonlarında təsnifat mərhələsi başa çatacaq və lisenziyaların sahibləri rəsmən elan olunacaq.

2015-09-04 16:03:03

Milli Olimpiya Komitəsində Azərbaycan Triatlon Federasiyasının (ATF) hesabat-seçki konfransı keçirilib.

Tədbirdə ATF-in idarə heyətinin sədri Azər Məhərrəmov bu qurumun prezidenti seçilib.

ATF-in fəaliyyətindən məmnunluğunu vurğulayan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib: “Triatlon Federasiyasının və Azərbaycan millisinin qazandığı uğurlar bizi sevindirir. Bu uğurlara əsas nümunə kimi Rosteslav Pevtsovun birinci Avropa Oyunlarında medal qazanmasını göstərmək olar”.

A.Məhərrəmov federasiyanın fəaliyyəti ilə bağlı məlumat verib, qarşıdakı planlardan danışaraq əsas məqsədin Olimpiadaya lisenziya qazanmaq olduğunu bildirib. Qeyd edilib ki, Yay Olimpiya Oyunlarının triatlon növündə Azərbaycan heç vaxt təmsil olunmayıb. Artıq bunu reallaşdırmaq üçün hər cür imkan var. “Rio-2016”ya lisenziya uğrunda xallar qazanan R.Pevtsovun çıxışı bizi sevindirir. Düzdür, gələn ilin mayında seçmə mərhələnin bitməsini gözləməliyik. Əgər hər hansı bir fors-major baş verməsə, R.Pevtsov Olimpiya Oyunlarına vəsiqə qazanacaq”.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov triatlonun eksklüziv idman növü olduğunu vurğulayaraq birinci Avropa Oyunlarında təmsilçimizin medal qazanmasını məmnunluqla diqqətə çatdırıb. Nazir Azad Rəhimov Azər Məhərrəmova gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

 

Azərtac

2015-08-30 09:14:03

Azərbaycanın Triatlon üzrə komandası Rumıniyada keçirilən gənclər arasında Avropa Kubokunda uğurla çıxış edib. Idmancımız Darina Moskalenko bürünc medalı qazanıb. 

2015-07-17 07:57:41

Azərbaycan Triatlon Federasiyasının idarə heyətinin sədri Azər Məhərrəmov “Bakı-2015” birinci Avropa Oyunlarının yekunları və triatlonçularımızın çıxışları ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

 - Azər müəllim, Azərbaycanın və ümumilikdə Avropanın idman həyatında ən mühüm hadisələrdən biri olan “Bakı-2015” birinci Avropa Oyunları uğurla başa çatdı. Oyunlarda böyük maraq doğuran və gərgin idman mübarizəsinin yaşandığı yarışlardan biri də triatlon idi. Ümumilikdə “Bakı-2015”in əhəmiyyəti, Oyunlarda triatlon yarışlarının təşkili və bu barədə əcnəbi atletlərin və federasiya rəsmilərinin fikirləri, idmançıların çıxışları barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Çox sağ olun. Həqiqətən, Azərbaycan birinci Avropa Oyunları kimi mötəbər beynəlxalq idman yarışına uğurla ev sahibliyi etdi. Azərbaycan vətəndaşı olaraq bundan sonsuz qürur hissi duyuram. Bu mötəbər yarışın əhəmiyyətini bəlkə də bu gün kifayət qədər dərindən dərk etmirik. Bunun üçün bəlkə də bir qədər vaxt lazımdır. Bu mühüm yarışın əsl mahiyyəti, əhəmiyyəti zaman keçdikcə daha da aydın olacaq.

Azərbaycan bu mötəbər idman yarışını nəinki yüksək səviyyədə təşkil etdi, Avropanın və dünyanın idman tarixində yeni bir səhifə yazdı. Bu, sözsüz ki, böyük qələbədir. Azərbaycanımızın, xalqımızın, dövlətimizin qələbəsidir. Ən əvvəl bu, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, dövlətimizin başçısı İlham Əliyevin zəfəridir.

Bu qələbə bir neçə hissədən ibarətdir. İlk öncə, Azərbaycan belə mötəbər idman yarışına ev sahibliyi etmək hüququnu qazandı. Bundan sonra qarşıda duran əsas hədəf birinci Avropa Oyunlarına qısa müddətdə hazırlıq idi. Təxminən iki il yarım ərzində inanılmaz işlər görüldü. Dünyada mötəbər idman tədbirlərinə hazırlıq prosesi ilə müqayisə etsək məlum olur ki, Azərbaycanda həmin dövrdə görülən işlərin misli yoxdur. Son olaraq, biz “Bakı-2015” ilk Avropa Oyunlarının təntənəli açılışını, gərgin və maraqlı yarışları, möhtəşəm bağlanış mərasiminin şahidi olduq. Bu, həqiqətən hər bir vətəndaş üçün böyük tarixi və şərəfli hadisədir.

Triatlon barədə danışarkən əvvəlcə onu qeyd etmək istəyirəm ki, idmanın bu növünün birinci Avropa Oyunlarının proqramına salındığını eşidəndə çox sevindik. Bu gün triatlon dünyada sürətlə inkişaf edir. Triatlon Olimpiya idman növləri sırasına 2000-ci ildə daxil edilib. Dünya idmanında triatlonun artıq çox mühüm və vacib yeri var.

Azərbaycanda triatlonun inkişaf etdirilməsi işinə böyük həvəslə başladıq. Bir il yarım ərzində Azərbaycan Triatlon Federasiyası yarandı. Bu vaxt ərzində federasiya həm Avropa, həm də dünya triatlon ittifaqına üzv oldu, bütün prosedurlardan keçdi. Bu dövrdə, həmçinin tanınmış məşqçiləri və idmançıları ölkəmizə dəvət etdik. Eyni zamanda, azərbaycanlılardan ibarət gənc komanda yaratdıq. Birinci Avropa Oyunlarında Azərbaycan yığma komandasının kapitanı Rostislav Pevtsovun qazandığı nailiyyəti - bürünc medalı biz böyük uğur kimi qəbul edirik. Azərbaycan idmançısının dünyada güclü triatlon ənənələri və uğurları olan ölkələrin atletləri ilə fəxri kürsüdə bir sırada dayanması olduqca sevindirici bir hal idi. Çünki triatlon üzrə dünyada zəngin və çoxillik təcrübəsi olan xeyli ölkə var. Azərbaycanın qısa müddətdə triatlonun inkişaf etdiyi ölkələr sırasına daxil olması bizim üçün ən böyük nailiyyətdir. Bu, ölkəmizin, Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, idman ictimaiyyətinin qələbəsidir. “Bakı-2015” ilk Avropa Oyunlarında qazanılan bu bürünc medal bizim üçün yeni yollar açır, bizə yeni şanslar bəxş edir.

 - “Bakı-2015” ilk Avropa Oyunlarının triatlon yarışlarında Azərbaycana yeganə medalı kişilərin mübarizəsində Rostislav Pevtsov qazandırdı. İdmançımızın bu uğurunu necə dəyərləndirirsiniz? Bu yarışlarda idmançılarımızdan gözləntiləriniz nə idi?

- Bu, idmandır. Təbii ki, heç kəs idmanda nəticənin necə olacağını əvvəlcədən bilmir. Amma sözsüz ki, ümidimiz var idi və medal gözləyirdik. Çünki gecə-gündüz bir məqsəd üçün çalışırdıq. Deyə bilmərəm ki, bu, gözlənilməz oldu. Çünki il yarım ərzində Rostislav Pevtsov və əsas komandamızın iki üzvü dünya üzrə bəzi nailiyyətləri - Afrika Kubokunda qızıl medal, ondan sonra Pan-Amerika kuboku yarışlarının gümüş medalını qazanmışdı. İdmançılarımız bir neçə Avropa və dünya çempionatlarının müxtəlif mərhələlərində qızıl və gümüş medallar qazanıblar. Buna görə də rahatlıqla deyə bilərik ki, biz birinci Avropa Oyunlarında qazandığımız bürünc medala addım-addım, səbirlə gəlib çıxdıq. Yəni, bu uğur təsadüfi deyildi. Bunun üçün səylə çalışmaq lazım idi. Həqiqətən triatlonçumuz öz üzərində çox ciddi çalışırdı.

İdmanın bu növünün özünəməxsus xüsusiyyətləri var. Burada demək olar ki, istirahətə vaxt qalmır. İdmançılar il ərzində təlim-məşq toplanışlarında çalışırlar. Həmin toplanışlar çərçivəsində keçirilən yarışlarda iştirak edirlər. İdmançılarımız Kipr, Ukrayna, İspaniya və başqa ölkələrdə toplanışlarda olurlar. Bu cür toplanışlar, məşqlər, yarışlar olmasa, idmançılar öz ölkələrində hazırlıq keçsə, bu, triatlonda yetərli olmaz.

 - Birinci Avropa Oyunlarının triatlon yarışları yüksək səviyyədə təşkil olundu. “Bakı-2015”in Azərbaycanda triatlonun inkişafına töhfələri barədə nə deyə bilərsiniz? Gələcəkdə ölkəmizdə idmanın bu növü üzrə irimiqyaslı yarışların təşkili planlaşdırılırmı?

- Bilirsiniz, hər bir Olimpiya Oyunları, eləcə də “Bakı-2015” ilk Avropa Oyunları kimi mötəbər idman yarışı, eləcə də regional, beynəlxalq turnirlər başa çatdıqdan sonra özündən sonra böyük irs qoyur. “Bakı-2015” də özündən sonra böyük, mükəmməl bir irs qoydu. Yəni, Azərbaycanda yaradılan idman arenaları, əldə edilən vacib və zəngin təcrübə, könüllülərin xidməti, mükəmməl idarəçilik, yaradılan imkanlar, - bütün bunlar zəngin irsin tərkib hissələridir. Bu da o deməkdir ki, Azərbaycan yaxın gələcəkdə daha böyük idman tədbirlərini təşkil etməyə can atır. Şübhə etmirik ki, Azərbaycan yaxın gələcəkdə Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququnu da əldə edəcək. Buna heç bir şübhəmiz yoxdur.

Birinci Avropa Oyunları Azərbaycan triatlonu üçün də zəngin irs miras qoydu. İl yarım ərzində triatlon inkişaf etdirildi. Bundan biz istifadə etməliyik. Hazırda əsas komandamızın yanında, gənclərdən ibarət 8 nəfərlik komanda da var. Onlar da xarici ölkələrdə yarışlara qatılır və uğurlu nəticələr əldə edirlər. Bu yaxınlarda idmançılarımız Ukraynada, Macarıstanda, Ruminiyada keçiriləcək yarışlara qatılacaqlar. Nailiyyətlərimiz olur. Bu sahənin inkişaf etdirilməsinə çalışırıq. Əsas bazamız olan Şağan Olimpiya İdman Kompleksində mütəmadi yarışlar keçirilir. Ölkəmizdə triatlonun daha sürətli inkişafında bu zəngin irsdən bəhrələnəcəyik və buna böyük ümid bəsləyirik.

 - Olimpiya idman növü olan triatlon Azərbaycanda da inkişaf edir. İdmanın bu növünün inkişafı istiqamətində görülən işlərdən, mövcud imkanlardan, idmançıların hazırlıq səviyyəsindən danışmağınızı xahiş edirik. Triatlon üzrə idman infrastrukturunun təkmilləşdirilməsi və idmanın bu növünün ölkəmizdə populyarlaşdırılması istiqamətində hansı işlər görülür?

- Maraqlı sualınıza görə çox sağ olun. İdman sadəcə arenalarda və ya stadionlarda oynanılmır və inkişaf etmir. İdman, eyni zamanda, həyat tərzidir. İnsanları idmana dəvət etmək, həvəsləndirmək lazımdır. İdmanın üstünlüklərini, faydasını insan sağlamlığı üçün nə qədər vacib olduğunu geniş təbliğ etmək zəruridir. Biz gənc nəsildən danışırıqsa, sözsüz ki, onların valideynləri, yaxınları, məktəblilər, tələbələr, ümumiyyətlə bütün təbəqələrdən olan insanlar bu işə cəlb olunmalıdır. Biz bu məqsədlə sosial şəbəkələrin imkanlarından geniş istifadə edirik. Artıq minlərlə insan bizi izləyir, suallar verir və cavab alırlar. O suallar, söhbətlər nəticəsində bizə edilən birbaşa müraciətləri dərhal cavablandırır, triatlonla maraqlananlara yol göstəririk. Bizim məşqçi heyətimiz, güclü komandamız var. Əsas məşqçini xaricdən dəvət etmişik. Onun rəhbərliyi ilə üzgüçülük, atletika və velosiped üzrə üç məşqçimiz var. Bizə müraciət edən uşaqlar aidiyyəti üzrə istiqamətləndirilir. Həmin uşaqlar yoxlanılır, ondan sonra qəbul olunurlar. Bundan əlavə, Azərbaycan Velosiped İdmanı, Azərbaycan Atletika və Azərbaycan Üzgüçülük federasiyaları ilə əlaqələrimiz də çox genişdir ki, bu da ölkəmizdə triatlonun inkişafı üçün vacibdir.

Həmçinin Avropanın bəzi federasiyaları ilə çox sıx, səmərəli əlaqələrimiz var. Rusiya, Türkiyə, Ukrayna kimi zəngin təcrübəsi olan ölkələrlə işbirliyi bizim üçün xüsusilə çox faydalıdır və biz həmin ölkələrlə uğurlu əməkdaşlıq edirik. Həmin ölkələrin nailiyyətlərində istifadə edirik, ondan yararlanırıq, görüşlər keçiririk və nəticədə ortaya çıxan ideyaları həyata keçiririk.

 - Hazırda bütün idmançıların diqqəti “Rio-2016” Olimpiya Oyunlarına yönəlib. Azərbaycan idmançılarının Rio Olimpiadasında iştirakını necə qiymətləndirirsiniz? Bunun üçün hazırlıqlara start verilibmi? Rioda Azərbaycanın neçə idmançı ilə təmsil oluna bilər?

- Çox vacib sualdır. Triatlonun özünəməxsus şərtləri var. İdmanın bu növü üzrə lisenziya qazanmaq olduqca çətindir. “Rio-2016” Olimpiya Oyunlarının triatlon yarışlarına lisenziya xallarının toplanmasına ötən ilin mayında başlanılıb. Bu müddət gələn il mayın 31-də başa çatır. Məhz həmin tarixdə nəticələr elan oluacaq və biz lisenziya sahiblərinin adlarını biləcəyik. Lakin mən bir qədər də risk edərək bu gün bunu deyə bilərəm ki, bizim idmançılarımız arasında lisenziyanı qazananlar olacaq. Çünki lisenziya qazanmaq üçün bizim geniş imkanlarımız var. Bir lisenziya da qazansaq, bu, bizim üçün uğur hesab edilməlidir.

 - Birinci Avropa Oyunlarının yarışlarını, idmançılarımızın qələbələrini, ən yaddaqalan anları, o cümlədən triatlonçumuz Rostislav Pevtsovun uğurunu Azərbaycan və dünya oxucularına ilk çatdıran media qurumları arasında AZƏRTAC xüsusilə fərqlənirdi. AZƏRTAC “Bakı-2015”in rəsmi media tərəfdaşı kimi, Oyunların hərtərəfli işıqlandırılmasında səylə çalışdı. Bu barədə fikirlərinizi bilmək bizim üçün maraqlı olardı.

- Azərbaycan mətbuatında peşəkarlığı, qazandığı güvəni və etibarlılığı ilə KİV-lər arasında seçilən AZƏRTAC məhz bu xüsusiyyətlərinə görə “Bakı-2015” ilk Avropa Oyunlarının rəsmi media tərəfdaşı oldu. Operativ, dəqiq və yoxlanılmış informasiyanın ötürülməsi AZƏRTAC-ın iş prinsipində əsas amillərdir. Triatlonçumuz Rostislav Pevtsovun bürünc medal qazanması ilə bağlı ilk xəbəri də məhz Oyunların rəsmi tərəfdaşı olan AZƏRTAC yaydı. Mühüm əhəmiyyət daşıyan hər bir xəbərə dəqiqlik və ciddiliklə yanaşan AZƏRTAC-a bundan sonrakı fəaliyyətində uğurlar arzu edir və agentliyin idmandakı qələbələrimizin daim ilk carçısı olacağına əminəm.

 AZƏRTAC

2015-07-06 16:37:59

Azərbaycan yığmasının triatleti Rostislav Pevtsov iyulun 18-də Hamburgda keçiriləcək Dünya seriyasının mərhələsində iştirak edəcək.

Belə prestijli yarışmada yalnız yüksək reytinqə malik olan idmançılar çıxış edə bilər.

Qeyd etmək lazımdır ki, Triatlon üzrə Dünyа seriyası dünya idman təqvimində ən mötəbər yarışmalardan biri hesab edilir.

2015-06-14 21:10:28

Iyunun 14-da - birinci Avropa Oyunlarının üçüncü günündə Azərbaycan idmançıları medalların sayını 8-ə çatdırıblar. 

2015-06-13 20:47:02

İsveçrəli qadın triatlonçu Nikola Spiriq birinci Avropa Oyunlarının çempionu olub. O, çempionluğu 2 saat 28 saniyəlik nəticə ilə qazanıb.

2015-06-04 17:04:30

 

"Qarşımıza ən yüksək hədəflər qoyulub".  Bunu I Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək Rostislav Pevtsov deyib.

 

 

2015-05-31 15:38:53

 

Azərbaycanın triatlon üzrə yığmasının üzvü Rostislav Pevstov Londonda keçirilən mötəbər Dünya Seriyasının etapında 17-cü yerə layıq görüldü.

 

 

2015-05-09 11:12:25

Azərbaycanın Triatlon üzrə yığmasının üzvü Rostislav Pevstov Çenqduda (Çin) keçirilən Dünya Kubokunun gümüşünü qazandı. 

2015-05-02 12:37:02

 

Mayın 2-də Bilgəhdə triatlon üzrə test yarışları keçirilib. Bu turnir Avropa Oyunları ərəfəsində idmançıların yoxlanışı xarakterini daşıyib.

 

 

2015-04-06 07:20:26

Azərbaycanın Triatlon üzrə komandası Kiprin Ayanapa şəhərində keçirilən beynalxalq turnirində uğurla çıxış edib. 

2015-03-15 12:54:45

 

Azərbaycanın Triatlon üzrə yığması bu ilin beynəlxalq arenada qazanılan mükafatların "siftə"sini elədi.

 

 

2015-03-11 08:05:32

Azərbaycanın triatlon üzrə yığması beynəlxalq mövsümə start verdi.  

2015-02-16 08:19:15

 

Azərbaycanın triatlon üzrə yığması mövsümü Abu-Dabidə başlayacaq. 

 

 

2015-01-27 10:01:44

Azərbaycanın tanınmış səyyahı Azər Qərib 2015-ci il Avropa Oyunlarında Triatlonun Ulduz səfiri seçilib.  

2015-01-16 11:41:44

Cari mövsüm Azərbaycanda triatlonun vəziyyəti üçün çox mühüm olacaq.  

2014-12-01 17:10:56

Avropa Triatlon Şurası (ETU) bu təşkilatın rəhbəri Renato Bertrandinin Azərbaycana səfərinə dair geniş məqalə yayıb.  

2014-11-22 13:22:16

 

Avropa Triatlon Ittifaqi  (ETU) Azərbaycan Triatlon Federasiyasının cari klassifikasiyadakı kateqoriyasını yüksəldib. 

 

 

2014-11-06 12:17:26

Başa çatan beynəlxalq mövsüm Azərbaycanın Triatlon Federasiyası üçün xüsusi önəm daşıyıb.  

2014-07-13 23:21:30

Azərbaycanın Triatlon üzrə yığmasının üzvü Kseniya Levkovskaya Estoniyada keçirilən Avropa Kubokunun etapında 16-cü yerə layıq görüldü.

 

 

2014-07-12 22:44:26

 

Azərbaycanın Triatlon üzrə yığmasının üzvü Rostislav Pevstov Almaniyada keçirilən mötəbər Dünya Seriyasının etapında 19-cü yerə layıq görüldü.

 

 

2014-06-25 17:26:04

Bu günlərdə Qazaxıstanın Burabay şəhərində keçirilmiş Asiya Kuboku etapı Azərbaycan triatlonu tarixində ən yaddaqalanlardan oldu.  

2014-06-23 11:46:55

Azərbaycan yığmasının triatleti Kseniya Levkovskaya Qazaxıstanın Burabay şəhərində keçirilən Asiya Kubokunun qalibi olub. 

 

 

2014-06-21 13:03:23

Azərbaycanın triatlon üzrə yığması Penza şəhərində, harada ki, iyunun  28 və 29-da gənc və yeniyetmələr arasında Avropa Çempionati keçiriləcək, məşqlərə başlayıb. 

 

 

2014-06-16 18:14:49

 

Azərbaycan yığmasının triatleti Rostislav Pevtsov iyunın 28-29-də Çikagoda keçiriləcək Dünya seriyasının mrhələsində iştirak edəcək.

 

 

2014-06-05 12:51:24

Azərbaycanın Triatlon Federasiyası (ATF) fəaliyyətinin 10 ayı dövründə bir sıra nailiyyətlər əldə edib.  

2014-05-21 11:00:58

Azərbaycan yığmasının triatleti Rostislav Pevtsov mayın 31 və iyunun 1-də Londonda keçiriləcək Dünya seriyasının mrhələsində iştirak edəcək. 

 

 

2014-05-15 18:06:01

Beynəlxalq Triatlon Birliyi 2016-cı ildə Rio-de-Janeyroda  keçiriləcək Olimpiadaya seçim qaydalarını açıqlayıb.

2014-05-07 10:25:28

Azəfrbaycanın Triatlon üzrə gənclərdən ibarət yığması beynəlxalq turnir çərçivəsində ilk çıxışını edib. Bu da Antalyada baş verib. 

 

 

2014-04-30 16:11:18

Azərbaycan yığmasının triatleri Aleksandr Yatsenko Filippində keçirilmiş Asiya Kubokunda 14-cü yeri tutdu. 

 

 

2014-04-26 13:56:02

Azərbaycanın Triatlon üzrə yığmasının üzvü Rostislav Pevstov Cinda keçirilən mötəbər Asiya Kubokunda ikinci yerə layıq görüldü. 

 

 

2014-04-24 11:53:57

 

Azərbaycanın Triatlon üzrə gənclərdən ibarət yığması mayın 1-də Türkiyənin Antalya şəhərinə yollanacaq. 

 

 

2014-04-16 11:03:45

Azərbaycanın Triatlon üzrə gənclərdən ibarət yığma komandası bu həftədən etibarən səfərdə ilk toplanışlarını həyata keçirməyə başlayır. 

 

 

2014-04-15 12:05:16

Azərbaycanın Triatlon üzrə yığması Kipr adasında təılim-məşq toplanışlarına başlayıb.  

2014-04-10 15:45:34

Azərbaycanın Triatlon üzrə Yığmasının üzvü, Panamerika Kubokunun (Meksika, La-Pas) gümüş mükafatçısı R.Pevtsovla ayaqüstü müsahibə.

2014-04-08 11:32:06

Diqqətinizə Azərbaycan yığmasının triatleti, bu yaxınlarda Amerikada məşq toplanışlarından qayıdan komanda üzvü Kseniya Levkovskaya ilə ayaqüstü sual-cavabı təqdim edirik.

2014-04-02 12:21:50

 

Azərbaycanın Triatlon üzrə yığma komandası ən yaxın təlim-məşq toplanışını Kiprdə keçirəcək. 

 

 

2014-03-31 16:09:33

Azərbaycanın triatlon üzrə gənclərdən ibarət yığması müvsümə hazırlıq prosesini davam etdirir.  

2014-03-24 13:19:25

Azərbaycanın Triatlon üzrə yığçması beynəlxalq arenada qazanılan mükafatların "siftə"sini elədi. 

 

 

2014-03-13 11:41:25

 

Meksikanın La Pas şəhərində martın 22-də keçiriləcək Panamerika Kubokunun reqlamenti açıqlanıb. 

 

 

2014-03-12 10:53:47

Azərbaycanın Triatlon üzrə Gənclərdən ibarət yığması apreldə evdənkənar ilk təlim toplanışına yollanacaq. 

 

 

2014-03-07 16:43:41

Azərbaycanın triatlon üzrə yığması Birləşmiş Ştatlarda təlim-məşq toplanışlarını davam etdirir.  

2014-03-06 10:56:39

2015-ci ildə Bakıda keçirilıcık Avropa Oyunlarında triatlon üzrə seçim kriteriləri məlum olub.

2014-03-06 10:39:43

Triatlon Federasiyasının icraçı direktoru Azər Məhərrəmov Azərbaycanın gənclərdən ibarət yığması və komandanın məşqçi heyətilə qeyri-formal göprüş keçirərək onları İdman və Bədən tərbiyəsi günü münasibətilə təbrik edib. 

 

 

2014-03-04 13:07:05

Azərbaycanın Triatlon üzrə yığma komandası martın 22-də Meksikada keçiriləcək Panamerika kubokunda çıxış etməyə hazırlaşır. 

 

 

2014-03-03 17:05:04

Azərbaycan yığmasının triatleti Rostoslav Pevtsov ABŞ-ın Klermont şəhərində keçirilən Panamerika Kubokunda yeddinci yeri tutub. 

 

 

2014-02-28 13:53:07

Azərbaycan Yığmasının triatleti Rostoslav Pevtsov martın 1-də ABŞın Klermont şəhərində keçiriləcək Panamerika Kubokunda çıxış edəcək. 

 

 

2014-02-27 11:41:11

İspaniyalı Xose Qarsiya və Macarıstanlı Bela Varqa Bakıda keçiriləcək Avropa Oyunları-2015 çərçivəsində triatlon proqramı üzrə yarışların texniki deleqatları olacaq.  

2014-02-26 10:33:16

Dünya idman əfsanəsi, yüngül atletika üzrə dördqat olimpiya və doqquzqat dünya çempionu Mayk Conson Bakıya səfərə gələcək.  

2014-02-23 18:54:28

Azərbaycan yığmasının triatleti Kseniya Levkovskaya ABŞ-dakı təlim-məşq toplanışları barədə məlumatlarla bölüşüb. 

 

 

2014-02-19 10:56:48

 Beynəlxalq Triatlon Birliyi 2016-cı ildə Rio-de-Janeyroda  keçiriləcək Olimpiadaya seçim qaydalarını açıqlayıb.

2014-02-14 11:20:56

2015-ci ildə Bakıda təşkil olunacaq Avropa Oyunlarında Triatlon üzrə yarışların tarixi artıq məlumdur.  

2014-02-13 16:15:37

Azərbaycan Triatlon Federasiyası yığma komandanın yeni rəsmi geyim formasını təqdim edib.

 

 

2014-02-12 10:33:20


 ABŞ-da təlim-məşq toplanışında olan Azərbaycanın triatlon  üzrə yığmasının məşqçi heyəti, komandanın yeni mövsümə hazırlıq  prosesinə müəyyən düzəlişlər edib. 

 

 

2014-02-07 10:00:04

Azərbaycan yığmasının triatleti Aleksand Yatsenko fevralın 9-da ABŞın Kaliforniya ştatının Laquna-Niquel şəhərində başlayacaq yarışlarda çıxış edəcək. 

 

 

 

 

2014-02-06 10:37:37

Triatlon üzrə gənclərdən ibarət yığma komanda Şağandakı Olimpiya kompleksində yeni mövsümə hazırlaşır. 

 

 

2014-02-04 10:26:14

Azərbaycan Triatlon Federasiyası (ATF) İdman və Gənclər nazirliyi, eləcə də "Sportsman" jurnalının dəstəyi ilə təsis edilmiş "Zəfər" mükafatına layiq görülüb.

2014-02-02 16:02:09

Azərbaycanın triatlon üzrə yığma komandası ilk dəfə olaraq beynəlxalq müstəvidə çıxışlarına mart ayında start verəcək. 

 

 

2014-02-02 16:00:25

Azərbaycanın Triatlon üzrə yığmasının Baş məşqçisi Sergey Yatsenko komandanın ABŞ-dakı təlim-məşq toplantısının gedişi barədə təfərrüatlarla bölüşüb. 

 

 

2014-02-02 15:55:23

Azərbaycan Triatlon Federasiyası yığma komandanın rəsmi geyim formasını təqdim edib. 

 

 

2014-02-02 15:52:49

Azərbaycan Triatlon Federasiyası dünya şöhrətli "Aistreeem" firmasının velosipedləri üçün sifariş verib. 

 

 

2014-02-02 15:51:30


Triatlon üzrə Bakıda 2015-ci ildə keçiriləcək Avropa Oyunlarının marşrutu müəyyənləşdirilir. 

 

 

 


© 2015 Triathlon Federation