Federasiya Haqqında
Azərbaycan Triatlon Federasiyası 2013-cü ildə yaradılıb.
2014-cü ildə ATF Ümumdünya Triatlon İttifaqının tərkibinə daxil olmuşdur.
2014-cü ildə ATF Ümumdünya Triatlon İttifaqının tərkibinə daxil olmuşdur.
2015-ci ilin sentyabrın 4-də Azərbaycan Triatlon Federasiyasının hesabat-seçki konfransı keçirilib. Milli Olimpiya Komitəsinin inzibati binasında keçirilən konfransda Azər Məhərrəmov qurumun prezidenti seçilib.

2021-ci il 21 dekabrda Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən ümumi yığıncaqda Elçin Əliyev Azərbaycan Triatlon Federasiyasının prezidenti seçilib.
ATF öz fəaliyyətində Olimpiya hərəkatının prinsip, məqsəd və vəzifələrini qəbul edir, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq edərək fəaliyyət göstərir.

Komandamız birinci böyük uğuru 2015-ci ildə Bakıda əldə edib. I Avropa Oyunlarında Rostislav Pevtsov bürünc medal qazanıb.
Sonra Rostislav Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
Pevtsov 2019-cu ilin Avropa Triatlonun ən yaxşı kişi idmançısı nominasiyasında qalib olub.